Azərbaycanda bələdiyyə seçkiləri başa çatdı
Bizi izləyin

Nida.az

Azərbaycanda bələdiyyə seçkiləri başa çatdı

Azərbaycanda bələdiyyə seçkilərində səsvermə saat 19.00-da başa çatıb.

Publika.az xəbər verir ki, seçkilərdə 1607 bələdiyyə üzrə 15 min 35 bələdiyyə üzvlüyünə 37 min 77 namizəd iştirak edib. Ümumilikdə, seçicilər 5 min 15 məntəqədə səs verib. Builki bələdiyyə seçkisini 50 mindən çox müşahidəçi izləyib. Nəticələr bu günün sonunda açıqlanacaq.

Qeyd edək ki, seçkilər 118 dairə üzrə keçirilib. Ermənistan tərəfindən işğal olunmuş əraziləri əhatə edən rayonların aid olduğu 7 seçki dairəsi üzrə bələdiyyə seçkiləri keçirilməyib. Səsvermə 5015 məntəqədə həyata keçirilib. Bu məntəqələrdən 4887-si daimi, 128-i isə müvəqqəti yaradılan məntəqədir.

Bələdiyyə seçkiləri üçün 37 077 namizəd qeydə alınıb. Onlardan 13 907 nəfərin namizədliyi 8 siyasi partiya tərəfindən irəli sürülüb. Bunlar Yeni Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ümid Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat İslahatları Partiyası və Böyük Quruluş Partiyasıdır

Namizədliyi qeydə alınan 23 061 nəfərin namizədliyi özü tərəfindən, 109 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm