• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Seçkilərin ilk nəticələri açıqlandı

  • Nida.az
  • 23 Dekabr 2014 20:12
  • 1 280 Baxış
Seçkilərin ilk nəticələri açıqlandı

Azərbaycanda bu gün keçirilən bələdiyyə seçkilərində seçici aktivliyi ilə bağlı yekun göstərici açıqlanıb.

Publika.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov saat 19:00-da səsvermə prosesinin başa çatdığının deyib. R. Gülməmmədov bildirib ki, həmin saata olan məlumata görə, bələdiyyə seçkilərində respublika üzrə seçici fəallığı 38,93 faiz təşkil edib.Onun sözlərinə görə, saat 19:00-a qədər 4 819 382 seçicidən 1 876 014 nəfəri səs verib.


Bələdiyyə seçkiləri Azərbaycanın işğal olunmuş əraziləri istisna olmaqla, 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçirilib. Bələdiyyə seçkilərində 15 min 35 bələdiyyə üzvü seçiləcək. Bələdiyyə seçkilərində 37 min 77 nəfər bələdiyyə üzvlüyünə namizəd qeydə alınıb. Seçkilərdə 8 siyasi partiya – Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ümid Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası və Ana Vətən Partiyası bələdiyyə seçkilərində partiya kimi namizədləri ilə iştirak edirlər. Partiya mənsubiyyəti nəzərə alınsa, ümumiyyətlə isə 30 partiyanın üzvləri seçkilərdə namizəd qismində iştirak ediblər.


Xatırladaq ki, 2009-cu il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində seçici fəallığı 32,04 faiz təşkil edib. Yəni 4 milyon 612 min 727 seçicidən 1 milyon 478 min 186 nəfər səs verib.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR