Bələdiyyə seçkilərində səsvermə ilə bağlı heç bir şikayət olmayıb
Bizi izləyin

Nida.az

Bələdiyyə seçkilərində səsvermə ilə bağlı heç bir şikayət olmayıb

Bu gün Azərbaycanda keçirilən bələdiyyə seçkilərində səsvermə ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) şikayət daxil olmayıb.

Publika.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov açıqlayıb.

Onun sözlərinə görə, gün ərzində MSK-nın “qaynar xətti”nə ümumilikdə 138 müraciət daxil olub: “Bunlar adətən informasiyanın alınması ilə bağlı olub. Müraciətlərin hər biri operativ şəkildə cavablandırılıb. MSK nümayəndələri tərəfindən lazımi tədbirlər həyata keçirilib. “Qaynar xətt”ə, komissiyanın “facebook” səhifəsinə heç bir şikayət daxil olmayıb”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm