Əli Əhmədov: “YAP seçkinin nəticələrinə böyük ümid bəsləyir”
Bizi izləyin

Nida.az

Əli Əhmədov: “YAP seçkinin nəticələrinə böyük ümid bəsləyir”

“Yeni Azərbaycan Partiyası bu gün ölkəmizdə keçirilən bələdiyyə seçkilərində aktiv şəkildə iştirak edib”.

Publika.az xəbər verir ki, bu barədə YAP icra katibi, baş nazirin müavini Əli Əhmədov bu gün keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hakim partiya bütün bələdiyyələrə öz namizədlərini irəli sürüb: “Bütövlükdə namizədlərin 40 faizindən çoxu YAP-a məxsus olub. Seçkilərdə partiyamızın 16 min 760 nəfər namizədi olub. Bunlardan 4400 nəfəri partiya tərəfindən, 3356 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb. Bu da YAP resursunun ölkədə nə qədər çox olmasından xəbər verir”.

Ə. Əhmədov bələdiyyə seçkilərinin baş tutduğunu qeyd edib.

“YAP seçkinin nəticələrinə böyük ümid bəsləyir. İstinad etdiyimiz başlıca seçki resursu bu ümidlərə əsas verir. Seçkilər çox uğurla baş tutub, qanun pozuntularına yol verilməyib. Müşahidəçilərimiz çox geniş şəkildə iştirak ediblər və onlar tərəfindən heç bir qanun pozuntusu barədə məlumat almamışıq”, - deyə Ə. Əhmədov bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm