MSK sədri 12 saylı məntəədə baş verənlərə münasibət bildirdi
Bizi izləyin

Nida.az

MSK sədri 12 saylı məntəədə baş verənlərə münasibət bildirdi

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin nəticələrinə dair keçirilən mətbuat konfransında Yasamal rayonu 12 saylı seçki məntəqəsində baş vermiş hadisə ilə bağlı yayılan video görüntülərə münasibət bildirib.

Publika.az-ın məlumatına görə, MSK sədri deyib ki. heç kim xoşagəlməz hadisələrdən sığortalanmayıb, ancaq bunun ictimaiyyətə qeyri-adi hadisə kimi çatdırmaq düzgün deyil: "Hətta dünyanın ən sivil ölkələrində də bu cür hallar müşahidə olunur".

M.Pənahov qeyd edib ki, əgər kimsə seçki qutusuna kağız atıbsa, əlbəttə bu, düzgün deyil: "Gərək məntəqə seçki komissiyası buna imkan verməyəydi, ancaq kimsə atıbsa, o insanın özü də sağlam əqidənin daşıyıcısı deyil. Əgər orada seçki komissiyasının hansısa günahı varsa, əlbəttə MSK bunu araşdıracaq və günahkarlar cəzalandırılacaq".

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm