Naxcıvanda seçicilərin 41,4 faizi səsvermədə iştirak edib
Bizi izləyin

Nida.az

Naxcıvanda seçicilərin 41,4 faizi səsvermədə iştirak edib

Dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində Naxçıvan Muxtar Respublikasının seçiciləri xüsusi fəallıq nümayiş etdiriblər.

Publika.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımovun verdiyi açıqlamaya görə, seçkilərdə 266 min 430 seçicidən 110 min 392 nəfəri, yəni bütün seçicilərin 41,4 faizi iştirak edib.

Ölkənin ictimai-siyasi həyatında mühüm hadisələrdən biri hesab edilən bələdiyyə seçkiləri tarixən Azərbaycanda siyasi fikrin formalaşdığı əsas mərkəzlərdən olan Naxçıvan şəhərində də ruh yüksəkliyi ilə keçib. 4 saylı Naxçıvan şəhər dairə seçki komissiyasının məlumatına görə, dairə üzrə 43 min 808 seçicidən 18 min 574 nəfəri (42,4 faizi) seçkilərdə iştirak edib.

2 saylı Şərur seçki dairəsi üzrə qeydə alınmış 41 min 120 seçicidən 17 min 353 nəfəri seçkidə iştirak edib ki, bu da ümumi seçicilərin 42,2 faizini təşkil edir.

6 saylı Culfa-Babək seçki dairəsi üzrə təşkil olunmuş 14 məntəqə Babək rayonunda, 25-i isə Culfa rayonunda yerləşir. Ümumilikdə, dairədə qeydə alınmış seçicilərin 13 min 848 nəfəri Babək, 19 min 593 nəfəri isə Culfa rayonunun payına düşür. Dairə üzrə 14 min 129 nəfər səs verib ki, bu da seçicilərin 39,8 faizi deməkdir.

7 saylı Ordubad-Culfa seçki dairəsi üzrə isə 34 min 478 seçicidən 13 min 859-u seçkilərdə iştirak edərək istədikləri namizədlərə səs verib.

Muxtar respublikada bələdiyyə seçkiləri azad, şəffaf və demokratik şəraitdə keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm