Erkin Qədirli hakimiyyətlə əlaqələrindən danışdı
Bizi izləyin

Nida.az

Erkin Qədirli hakimiyyətlə əlaqələrindən danışdı


REAL Hərəkatının Məclis sədri Erkin Qədirli jurnalist Xədicə İsmayıl tərəfindən hazırlanmış siyahıda onun hökumətlə əlaqələrinə aid yer alan məlumatlara münasibət bildirib. E. Qədirli Publika.Az –a açıqlamasında siyahını cəfəngiyat adlandırıb: “Bu Xədicə İsmayılın adından da yayıla bilər. Bu siyahı daha çox seçkiqabağı kölgə kabineti və digər qondarma siyahılara bənzəyir. Nə ciddidir, nə də ittiham. Sadəcə şərh etmək istəmirəm. Çünki belə bir əlaqədən söhbət belə gedə bilməz. O cümlədən REAL üzvlərinin əlaqələri və REAL-ın kiminsə tərəfindən təsis olunması haqqında deyilənlərdən cəfəngiyatdan başqa bir şey deyil”.

Qeyd edək ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin iki tədqiqatçısı - Con Zadrozni və Daniel Vajdiçinə X. İsmayıl tərəfindən verildiyi deyilən siyahıda İctimai fəal Erkin Qədirli Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin rəhbəri Fuad Ələsgərovla əməkdaşlıq edir. Onunla tez-tez görüşür və bilavasitə F. Ələsgərovun özündən təlimatlar alır. Məhz Ələsgərov E. Qədirlini həbslərdən və repressiyalardan qoruyur. Həmçinin qeyd edilir ki, REAL hərəkatı İdarə Heyətinin üzvləri Natiq Cəfərli, Zöhrab İsmayıl, Xalid Bağırov və hərəkatın digər üzvləri də Prezident Administrasiyasının siyasi analiz şöbəsinin rəhbəri Elnur Aslanovla fəal əməkdaşlıq edirlər. Məhz E. Aslanov REAL hərakatının yaradılmasının ideya müəllifi və təşəbbüskarıdır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm