Qənirə Paşayeva Türkiyə KİV nümayəndələri ilə görüşüb
Bizi izləyin

Nida.az

Qənirə Paşayeva Türkiyə KİV nümayəndələri ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəvəti ilə ölkəmizdə səfərdə GAP Qəzetəçilər Birliyinin rəhbəri Zeynel Abidin Kıymaz, GAP Qəzetəçilər Birliyinin üzvü, radyo temponun sahibi Hamit Özpolat, GAP Qəzetəçilər Birliyinin baş katibi Fahrettin Çelik, GAP Qəzetəçilər Birliyinin idarə heyətinin üzvü Mustafa Saim Ayhan, GAP Qəzetəçilər Birliyinin rəhbərinin müavini Durdu Mehmet Taş, Kanal 35TV Yayın Yönetmeni halit Tunç, Beyaz tv "Dinamıt" proqramının aparıcısı və müəllifi Latif Şimşek ilə görüşüb.

Qonaqları rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin “ Qarabağdan Anadoluya Könül Körpüsü” layihəsi çərçivəsində ölkəmizdə görməkdən məmun olduğunu deyən millət vəkili Qənirə Paşayeva onlara Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ və Xocalı həqiqətləri, Azərbaycan-türkiyə münasibətləri ilə ilə bağlı bağlı geniş məlumatlar verib, fikir mübadiləsi aparılıb.Millət vəkili qonaqlara Ermənistanın işğalçılıq siyasəti, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında dinc insanlara qarşı törədilmiş vandalizm aktları, qətliamlar, soyqırımlar barədə geniş bilgi verib. Millət vəkili Qənirə Paşayeva ortaq problemlərimizin daha geniş şəkildə işıqlandırılması, Türkiyə və dünya ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması üçün Azərbaycanın və Türkiyənin media nümayəndələri arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Millət vəkili Qənirə Paşayeva eyni zamanda Azərbaycan-Türkiyə əlaqələrinin bu günü və perspektivləri barədə də danışıb.

GAP Qəzetəçilər Birliyinin rəhbəri Zeynel Abidin Kıymaz, GAP Qəzetəçilər Birliyinin üzvü, radyo temponun sahibi Hamit Özpolat, GAP Qəzetəçilər Birliyinin baş katibi Fahrettin Çelik, GAP Qəzetəçilər Birliyinin idarə heyətinin üzvü Mustafa Saim Ayhan, GAP Qəzetəçilər Birliyinin rəhbərinin müavini Durdu Mehmet Taş, Kanal 35TV Yayın Yönetmeni halit Tunç, Beyaz tv "Dinamıt" proqramının aparıcısı və müəllifi Latif Şimşek "Qarabağdan Anadoluya Könül Körpüsü" adlı bu anlamlı layihə çərçivəsində onları Azərbaycana dəvət etdiyi üçün millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə paşayevaya dəvət üçün təşəkkür edib, Azərbaycanda olmaqdan, daha geniş tanımaqdan məmnun olduqlarını və Azərbaycanı özlərinə çox doğma hesab etdiklərini, burada özlərini vətəndəki kimi hiss etdiklərini bildirib və Azərbaycanın, Qarabağ və Xocalı Soyqırımı həqiqətlərinin daha geniş tanıdılması istiqamətində səylərini bundan sonra daha da artıracaqlarını və bu səfərin bu istiqamətdə onlar üçün böyük önəm daşıdığını deyiblər. Türkiyəli ziyalılar, yazarlar, araşdırmaçılar və KİV nümayəndələr Bakı ilə bərabər Qubada, Sumqayıtda, ön cəbhə bölgələrində də olacaqlar və Azərbaycanla, Qarabağ və Xocalı Soyqırımı həqiqətləri ilə yerində daha geniş tanış ola biləcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm