Natiq Əliyev: “Azərbaycanın enerji istehsalı 40 faiz artıb”
Bizi izləyin

Nida.az

Natiq Əliyev: “Azərbaycanın enerji istehsalı 40 faiz artıb”

“Azərbaycan iqtisadi keçid dövrünü uğurla başa vuran ölkələr sırasında ilk yerlərdə dayanıb. Bu, dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının dəyərləndirməsində də əksini tapıb”.

Publika.az-ın məlumatına görə, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev bu gün Bakıda keçirilən "İnkişafın 10 ili: 2004-2014" adlı konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ölkənin ilkin inkişafı əsasən neft sahəsi hesabına olub. N.Əliyev deyib ki, Azərbaycanda neft sənayesi iqtisadi inkişafın özəyini təşkil edir: “Qaz istehsalında da inkişaf göz qabağındadır. Azərbaycan özünün enerji təhlükəsizliyini tam təmin edib. Ölkədə enerji istehsalı son 10 ildə 40 faiz artıb. Ölkədə 10 yeni elektrik stansiyası tikilib. Azərbaycanda elektrik enerjinin ixracının həcmi artıb. İdxal edilən elektrik enerjisindən 5 dəfə çoxu ixrac edilir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm