Prezident İlham Əliyevə təbrik məktubları (YENİLƏNİB)
Bizi izləyin

Nida.az

Prezident İlham Əliyevə təbrik məktubları (YENİLƏNİB)

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin doğum günü ilə bağlı təbrik məktubları daxil olmaqda davam edir.

Publika.az-ın “AzərTAc”a istinadən məlumatına görə, dünya dövlətlərinin liderləri və ictimai xadimlər Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik ediblər.

***

Zati-aliləri,



Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Bu əlamətdar gündə vurğulamaq istərdim ki, Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi, siyasi və mədəni sahələrdə uğurla inkişaf etməkdədir. Gürcüstan Azərbaycan Respublikası ilə dostluq və strateji tərəfdaşlıq münasibətlərinə böyük əhəmiyyət verir. Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyinizə görə bir daha Sizə minnətdarlığımı bildirirəm. Mən bir daha əmin olduğumu bildirmək istəyirəm ki, ölkələrimiz arasında mövcud olan davamlı dostluq və əməkdaşlıq əlaqələri birgə səylərimiz nəticəsində xalqlarımızın qarşılıqlı faydası naminə gələcəkdə də davam edəcək və daha da güclənəcək.

Bu xoş fürsətdən istifadə edərək, mən Sizi Gürcüstana rəsmi səfərə dəvət edirəm. Sizi Tbilisidə səmimi qarşılamaq mənim üçün şərəf olardı. Əminəm ki, bu səfər 2014-cü ildə yeni təkan almış tərəfdaşlığımızın dərinləşməsinə öz töhfəsini verəcək.

Zati-aliləri, mənim dərin ehtiramımı qəbul edin. Sizə xoşbəxtlik, möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Giorgi Marqvelaşvili

Gürcüstanın Prezidenti


***

Zati-aliləri,

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və ürəkdən gələn ən xoş arzularımı bildirməyi özümə şərəf sayıram.

Bu xoş fürsətdən istifadə edərək, qəti əminliyimi bildirirəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud olan ənənəvi dostluq münasibətləri bundan sonra da dinamik inkişaf edəcək, ölkələrimizin və xalqlarımızın rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə şərait yaradacaq.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə yeni uğurlar, ailənizə xoşbəxtlik və firavanlıq arzulayır, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Nikolaye Timofti

Moldova Respublikasının Prezidenti

***

Hörmətli İlham Heydər oğlu,

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.

Sizin müdrikliyiniz və təcrübənizə əsaslanan məqsədyönlü fəaliyyətiniz sayəsində bu gün Azərbaycan Respublikası mühüm potensiala malik olan, dinamik inkişaf edən dövlətdir. Sizin rəhbərliyinizlə Azərbaycan dövlətçiliyin möhkəmlənməsi, sosial-iqtisadi, mənəvi və mədəni inkişaf üçün yeni təkan alıb.

Əmin olduğumu bildirirəm ki, Dağıstan Respublikası ilə Azərbaycan Respublikası arasında çoxəsrlik mehriban qonşuluğa və qarşılıqlı hörmətə əsaslanan dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da daim genişlənəcək və dərinləşəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm.

Hörmətlə,

Ramazan Abdulatipov

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri

***

Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqının rifahı və tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzu edirəm.

Əminəm ki, Ukrayna-Azərbaycan münasibətlərinə daim xas olan ənənəvi qarşılıqlı anlaşma və etimad şəraiti bundan sonra da ölkələrimiz arasında konstruktiv əməkdaşlığın etibarlı əsası olacaq.

Hörmətlə,

Pyotr Poroşenko

Ukraynanın Prezidenti

***

Hörmətli İlham Heydər oğlu,

MDB iştirakçısı olan Dövlətlərin Parlamentlərarası Assambleyası Şurası adından doğum gününüz münasibətilə təbriklərimizi qəbul edin. Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə dövlətçiliyin və suverenliyin möhkəmlənməsi, davamlı iqtisadi, siyasi, sosial inkişaf yolunda qətiyyətlə və inamla irəliləyir. Sizə - görkəmli siyasi və dövlət xadiminə möhkəm cansağlığı, ailə səadəti, Azərbaycan Respublikasının firavanlığı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Aleksey Sergeyev

MDB Parlamentlərarası Assambleyası Şurasının Baş katibi

***

Hörmətli İlham Heydər oğlu,

“Qazprom” Açıq Səhmdar Cəmiyyətinin idarə heyəti adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və çoxşaxəli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Aleksey Miller

Rusiyanın “Qazprom” Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri

***

Hörmətli İlham Heydər oğlu,

Sizi doğum gününüz münasibətilə Rusiya Liberal Demokrat Partiyası fraksiyasının deputatları adından və şəxsən öz adımdan təbrik edirəm. Siz həyatınızın çox illərini Azərbaycanın mənafelərinə təmənnasız və səmərəli xidmətə həsr etmisiniz, özünüzü qətiyyətli və prinsipial siyasi xadim kimi göstərmisiniz. Siz, çox cəhətdən yüksək peşəkarlığınız və müdrikliyiniz sayəsində dövlət siyasətini uğurla həyata keçirməyə nail olursunuz. Siz dərin bilikləri və rəhbər istedadını özünüzdə harmonik şəkildə cəmləşdirirsiniz. Əminəm ki, Siz öz zəngin təcrübənizə və müasir siyasi şəraiti əla bildiyinizə güvənərək, peşəkar yolunuzu uğurla davam etdirəcəksiniz. Rusiya ilə Azərbaycan arasında səmərəli əməkdaşlıq çox cəhətdən Sizin fəaliyyətiniz sayəsində bundan sonra da dövlətlərimizin vətəndaşlarının rifahı naminə dostluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə şərait yaradacaq. Sizin ən yüksək səviyyədə təşkil olunmuş qəbulunuzu indiyədək minnətdarlıqla xatırlayıram. Sizə möhkəm cansağlığı, uzun ömür, tükənməz həyat enerjisi və bütün təşəbbüslərinizdə uğurlar, yaxınlarınıza xoşbəxtlik və firavanlıq arzu edirəm.

Hörmətlə,

Vladimir Jirinovski

Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri

Oxumağa davam et
Reklam
Reklam

Gündəm