Fransız deputat: “Müharibə şəraitində bu ölkənin inkişafına heyran olmamaq mümkün deyil”
Bizi izləyin

Nida.az

Fransız deputat: “Müharibə şəraitində bu ölkənin inkişafına heyran olmamaq mümkün deyil”

“Azərbaycan Prezident İlham Əliyevin siyasəti nəticəsində beynəlxalq aləmdə öz təsirini gücləndirdi və imicini yaxşılaşdırdı”.

Publika.az xəbər verir ki, bu barədə Fransa parlamentinin üzvü Natali Qule deyib.


Onun sözlərinə görə, Azərbaycan uğurlu xarici siyasət həyata keçirir: “Dağlıq Qarabağ münaqişəsinı, İran və Rusiyanın qonşuluğuna baxmayaraq, bu siyasət öz təsdiqini tapıb. Azərbaycan bu gün Avropanın və NATO-nun etibarlı tərəfdaşıdır”.


N. Qule Azərbaycanın demokratik dəyərlərə sadiqliyini vurğulayıb. Onun sözlərinə görə, bəşəriyyət üçün əsas amillərdən olan dini tolerantlıq bu ölkədə ən yüksək səviyyədədir.


“İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatı əhəmiyyətli dərəcədə inkişaf edib. Azərbaycanın müharibə vəziyyətində bu uğurlara imza atmasına heyran olmamaq mümkün deyil. Ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da Azərbaycanın inkişafı üçün əlindən gələni edir”, - deyə fransız deputat bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm