Səlim Müslümov: “Kimsəsizlər üçün daha iki bina tikiləcək”
Bizi izləyin

Nida.az

Səlim Müslümov: “Kimsəsizlər üçün daha iki bina tikiləcək”

Azərbaycanda kimsəsiz yeniyetmələr üçün sosial evlər inşa edilir.

Publika.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Onun sözlərinə görə, artıq həmin sosial evlərdən birinin inşası yekunlaşmaq üzrədir.

S.Müslümov deyib ki, bu sahədə görülən işlər əsasən Nazirlər Kabineti tərəfindən həyata keçirilir: "Mövcud qanunvericiliyə uyğun olaraq, həmin binaların yerləşdiyi ərazi üzrə icra hakimiyyətinin balansına verilməsi gözlənilir. Bu bina sosial layihə olduğu üçün, insanlar bu mənzillərdə öz yaşayışlarını təmin edəcəklər. Ancaq onlar bu mənzilləri öz mülkiyyətinə keçirə bilməyəcək və bunu satmaq, yaxud bağışlamaq hüququna malik olmayacaqlar. Həmin ərazidə daha iki binanın tikintisi planlaşdırılır. Ümumilikdə, 360 nəfərlik yeni məkanın yaradılması da nəzərdə tutulub. Düşünürəm ki, bu binalar hər il bu kateqoriyaya aid olan, orta təhsilini başa vuran və özünə yaşayış yeri tapa bilməyən insanların məskunlaşması üçün kifayət edəcək”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm