Hacılı yeni müşavirlər təyin etdi, Hacıbəyliyə vəzifə vermədi
Bizi izləyin

Nida.az

Hacılı yeni müşavirlər təyin etdi, Hacıbəyliyə vəzifə vermədi

Müsavat Partiyasının başqanı Arif Hacılı özünə yeni müşavirlər təyin edib.


Partiyadan Publika.az-a verilən məlumata görə, bu gün imzalanan sərəncamlarla 6 nəfər başqan müşaviri vəzifəsinə təyin olunub.

Onlar Müsavat Partiyası Cəlilabad rayon təşkilatının üzvü Hidayət Xudaverdi oğlu İsmayılov, Şəmkir rayon təşkilatının üzvü Fariz Mustafa oğlu Cəfərov, Oğuz rayon təşkilatının üzvü Vaqif Qədir oğlu Davudov, Xaçmaz rayon təşkilatının üzvü Ramazan Hacırza oğlu Əliyev, Kürdəmir rayon təşkilatının üzvü Baha Qasım oğlu Mikayılov və Siyəzən rayon təşkilatının üzvü Mərdan Mehdi oğlu Mehdiyevdir.

Qeyd edək ki, Arif Hacılı sentyabrın 27-də keçirilən qurultayda başqan seçilib.

Burda diqqətçəkən məqam Arif Hacılının qardaşı Mustafa Hacıbəyliyə vəzifə verməməsidir. M. Hacıbəyli keçmiş başqan İsa Qəmbəri müşaviri vəzifəsini daşıyırdı. Hazırda Məclis üzvüdür. Onun ya Məclis sədrliyinə, ya da boş qalmış Mərkəzi İcra Aparatı rəhbərliyinə gətiriləcəyinə dair ehtimallar var.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm