• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Xədicə İsmayıl bizi asıb-kəsir, amma AXCP üzvləri ilə hər şey normal olur”

  • Nida.az
  • 13 Fevral 2014 13:04
  • 1 170 Baxış
“Xədicə İsmayıl bizi asıb-kəsir,  amma AXCP üzvləri ilə  hər şey normal olur”

Sərdar Cəlaloğlu: “Bütün dünyaya Amerika informasiya verir, Xədicə İsmayıl isə Amerikaya”

“ABŞ-ın Azərbaycan müxalifətinə dəstək verməməsinin əsas səbəblərindən Xədicə İsmayıl və onun kimilərin guya bizim hökumətə işləməyimizlə bağlı yazdıqları donoslardır”

“Tahir Süleymanov adında bir adam tanımıram, bu, tamamilə böhtandır. Mən şəxsən Əli Həsənovun özü ilə əlaqə saxlayıram”. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Publika.Az -a açıqlamasında jurnalist Xədicə İsmayıl tərəfindən ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin iki tədqiqatçısı - Con Zadrozni və Daniel Vajdiçinə verildiyi deyilən siyahıda onun Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini T. Süleymanovla əlaqələrinin olduğu, birbaşa ondan təlimatlar aldığına dair yer alan informasiyaya münasibət bildirərkən deyib.

S. Cəlaloğlu qeyd edib ki, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbə müdirinin vəzifəsi siyasi partiyalarla əlaqələr qurmaqdır: “Ona görə də mən partiyada problem olanda, bir adam qeyri-qanuni həbs olunanda şəxsən Əli Həsənova öz iradlarımı bildirirəm. Bundan başqa “Hürriyyət” qəzeti 1990-cı ildən bəri dərc olunur. Amma bir qəpik də olsa da dövlət yardımı edilmir. Amma radikal qüvvələrin maraqlarını müdafiə edən mətbu orqanlara yardımlar edilir. Bu məsələlər bağlı da dəfələrlə Əli Həsənovla əlaqələr yaratmışam”.

Partiya sədri qeyd edib ki, onun Əli Həsənovla çox yaxşı münasibətləri var: “Əli Həsənovla hərəkat dövründən başlayan xoş bir münasibətim olub. Əli Həsənovu çox adam yaxşı tanımır. O, Moskvada oxuyanda Naxçıvana gəlmişdi. O zaman münasibətlərimiz qurulub. Həmçinin onun qrup yoldaşı Qeyrət Quliyev-indi rəhmətə gedir- mənim müavinim olmuşdu. Eyni zamanda, Əli Həsənov qardaşım Qurbanla universitetdə paralel qruplarda oxuyublar. Əli Həsənovla şəxsi münasibətlərimiz də var. Bilavasitə telefon nömrələri var, lazım olanda zəng edirəm. Çünki bütün siyasi partiyalar dövlət orqanları ilə əlaqə saxlamalıdırlar. Biz dövlətlə küsülü kimi davrana bilmərik. Əli Həsənovla bilavasitə əlaqə saxlayıramsa, dostluq münasibətlərimiz varsa, mən onun müavini, yaxud köməkçisi ilə nə kimi əlaqə qura bilərəm”.

S. Cəlaloğlu X. İsmayılın jurnalistdən çox xəfiyyə kimi davrandığını bildirib. Onun sözlərinə görə, onun hazırladığı qondarma siyahının ABŞ-a ötürülməsi müxalifəti gözdən salır: “Görünür, özünün xoşuna gələn, yaxın olduğu partiyanı ən demokrat partiya olaraq təqdim etmək üçün digərlərini gözdən salmaqla məşğuldur. Mənim əlimdə fakt var ki, ABŞ-ın Azərbaycan müxalifətinə dəstək verməməsinin əsas səbəblərindən biri bir çoxlarının, siyasi partiyalarda olanların, eləcə də Xədicə İsmayıl və onun kimi jurnalistlərin guya bizim hökumətə işləməyimizlə bağlı yazdıqları donoslardır. Necə olur ki, İsa Qəmbər, mən və digərləri “Azadlıq radiosu”na gedəndə Xədicə İsmayıl bizi asıb-kəsir, siyasi tərəf kimi çıxış edir, amma AXCP üzvləri ora gedəndə hər şey çox normal olur. Bu gün Amerika dünyada 5 milyard insanın telefonunu dinləyir. Bu adamlar sıravi adamlar deyil. Yəqin ki, İsa Qəmbərin də, mənim də , İqbal Ağazadənin də telefonu dinlənilir. İndi X. Ismayıl hansı informasiyanı onlara verir. Bütün dünyaya Amerika informasiya verir, amma X. İsmayıl isə Amerikaya. Adama deyərlər sən bu məlumatları iki mənbədən əldə edə bilərsən. Birincisi ya özünün xüsusi kəşfiyyatın var, ya da ölkənin kəşfiyyat orqanları sənən məlumat ötürürlər”.

T. Süleymanov adda adam tanımadığını deyən S. Cəlaloğlu qeyd edib ki, belə bir informasiya vicdansızlıqdır: “Əgər onun əlində fakt varsa, o şəxsə təsadüfən olsa belə yasda, toyda bir yerdə olmuşamsa, buyursun versin. Özü də jurnalistdirsə bunları “Azadlıq radiosu”nun efirindən səsləndirsin. Daha danos yazan kimi ABŞ-a ötürməsin. Mənm Əli Həsənovla yaxşı əlaqələrim olduğu halda niyə onun müavini ilə əlaqə saxlamalıyam. Bu əslində mənə aşağı qiymətləndirməkdir. “Sərdar Cəlaloğlu PA-nın şöbə müdirinin köməkçisi ilə”. Lazım gəlsə mən daha yüksək yerlərlə əlaqə yara bilərəm, bu partiya rəhbəri kimi mənim hüququmdur, borcumdur. Bundan Xədicə İsmayıla nə qalıb? Jurnalistdir, getsin jurnalistliyini etsin. Casusluq etməsin. Əgər mənim problemim, yaxud bir məsləhətim, fikrim varsa, bunu hökumətlə necə paylaşa bilərəm. Hər şeyi inqilabla, bəyanatla etmirlər ki. Heç kəs inqilabın tərəfdarı deyil. Deməli, demokratik keçid vacibdir. Bu keçid üçün də mütləq iqtidar və müxalifətin müəyyən bir qrupu əlaqədə olmalıdır. Mən bir neçə konsepsiyamı hökumətə təqdim etmişəm. Çünki 20 ildir hakimiyyətə gəlmək istəyirəm, gələ bilmirəm. Əgər xalqımı sevirəmsə və onun üçün nəsə etmək istəyirəmsə, ideyalarımı reallaşdırmaq üçün mütləq prezident olacağım zamanı gözləməli deyiləm ki. Bu seçkilərdə də verdiyim bir çox ideyalar, qaldırdığım problemlər az, ya çox formada həllini tapdı. İndi bu qız məni görün nədə ittiham edir. Ümumiyyətlə, Xədicənin, eləcə də bir çox müxalifət liderlərinin müxalifətçilik anlayışından xəbərləri belə yoxdur”.

Özünə qarşı indiyə qədər bir çox təzyiqlər olduğunu, təmsil etdiyi partiyanın parlamentə düşmədiyini və bir çox istəklərinin yerinə yetirilmədiyini deyən ADP sədri bildirib ki, bunlar olmadığı halda o hökumətə necə işləyə bilər. S. Cəlaloğlu qeyd edib ki, bu informasiyalar müxalifəti gözdən salmaq üçün ötürülüb.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR