• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Müsavata qarşı yönələn MƏXFİ HESABAT

  • Nida.az
  • 13 Fevral 2014 13:47
  • 884 Baxış
Müsavata qarşı yönələn MƏXFİ HESABAT

Jurnalist Eynulla Fətullayevin müəllifi olduğu “Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın casus hesabatı” adlı məqalə müzakirə olunmaqdadır. Qısaca olaraq bildirək ki, yazıda jurnalist Xədicə İsmayılovanın casusluq fəaliyyəti ilə bağlı məqamlar yer alıb.

Qeyd olunur ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin iki tədqiqatçısı - Con Zadrozni və Daniel Vajdiçin Bakı səfərində X.İsmayılova və digərləri ilə görüşündə Azərbaycan müxalifətində kimlərin hakimiyyətə işləməsinə dair məlumat əldə etmək istəyib. X.İsmayılova isə daha çox müsavatçıların yer aldığı siyahını onlara təqdim edib.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu - Daxili İşlər Nazirliyindən maliyyələşir. R.Arifoğlunun siyasi idarəçiliyi bilavasitə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov tərəfindən həyata keçirilir.

Müsavat başqanı İsa Qəmbər - İlham Əliyev hakimiyyəti tərəfindən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun köməyi ilə “verbovka” olunub.

Arif Hacılı, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən ələ alınıb.

Hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Səidə Qocamanlı, Arzu Abdullayeva, Eldar Zeynalov - fəaliyyətlərini Ədliyyə Nazirliyi və Milli Məclisin Beynəlxalq Məsələlər Komitəsinin sədri Səməd Seyidov koordinasiya edir.

AXCP-dən isə yalnız Həsən Kərimovun adı siyahıya əlavə olunub.

Hər kəsə məlumdur ki, Həsən Kərimov ailəsində yaşanan faciələr üzündən siyasətlə əvvəlki illərdə olduğu kimi, daha aktiv şəkildə məşğul olmur. Bu mənada onun adının siyahıya salınmasını formallıq, gözə kül üfürmək kimi qiymətləndirmək olar. Milli Şuranın dağılmasından sonra Müsavat və AXCP arasında yaşanan gərginlik fonunda başda İsa Qəmbər olmaqla Müsavat funksionerlərinin adlarının siyahıya salınması təsadüfdürmü? ABŞ diplomatlarına ötürülən məxfi məlumatlar bir sıra hallarda AXCP-yə yaxın media qurumlarında Müsavat əleyhinə dərc olunan yazılarla üst-üstə düşür. Bir məqama da diqqət yetirmək lazımdır ki, yazıda "casus" adlandırılan jurnalist Xədicə İsmayılova "yurdçu", "AXCP təəssübkeşi" kimi tanınır. Bunu onun "Azadlıq radiosu"ndakı fəaliyyətindən də sezmək olar. O, müshaibələrində Müsavat Partiyasının başqanı İsa Qəmbərə sərt suallar verdiyi, sözünü yarımçıq kəsdiyi halda, Əli Kərimliyə ətraflı çıxış edib hakimiyyəti tənqid etməsi, təbliğat xarakterli fikirlər səsləndirməsi üçün şərait yaradır. Jurnalistin "oxucu sualı" adı altında İsa Qəmbərə "aşağılayıcı suallar" ünvanlaması da diqqətdən yayınmır. Amma eyni yanaşmanı Ə.Kərimli ilə müsahibələrində müşahidə etmək çətindir.

Müsavata yaxınlığı ilə seçilən Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli hesab edir ki, X.İsmayılova "casus" olmadığnı və barəsində digər yazılanların yalan olduğunu sübut etmək istəyirsə, məhkəməyə üz tutmalıdır: "Eynulla Fətullayevin son yazısı ilə bağlı Xədicə İsmayılovanın mövqeyi məni qətiyyən qane etmir. Eynullanı və onun yazdıqlarını yayanları "debil", bunu müzakirə edənləri qeyri-ciddi adlandırmaq və ona vurulan "işverən" damğasının guya onun vecinə də olmadığı görüntüsü yaratmaq çıxış yolu deyil. Eynulla yazır ki, amerikalılar sərhədi keçəndə Azərbaycanın gömrük işçiləri Xədicə İsmayılovanın onlara verdiyi yazılı hesabatları (oxu: "dosye"ləri) müsadirə ediblər və Eynullaya ötürüblər. Başqa sözlə, onun əlində təkzibedilməz sübutlar var. Bu halda Eynullanı məhkəməyə verməmək yalnız o anlama gəlir ki, onun ittihamlarını qəbul edirsən. Şəxsən məni bu qane etmir, çünki orada qardaşımın(Müsavatın yeni başqanlığına əsas iddiaçı Arif Hacılı nəzərdə tutulur-red.) barəsində də yazılıb və mən bu halla barışmaq fikrində deyiləm. Ona görə də bildirirəm ki, əgər Xədicə İsmayılova bu məsələdə ona böhtan atıldığını iddia edirsə, daha heç kəsi "debil" adlandırıb təhqir etməsin, (çünki təhqir də böhtan kimi cinayət tərkibi yaradır) problemin hüquq müstəvisində həllinə çalışsın."Mənim debillərı baş qoşmağa vaxtım və həvəsim yoxdu" tipli mövqeni də qəbul etməyəcəyimi əvvəldən bildirirəm.Vaxtınız yoxdursa, mən yardımçı ola bilərəm və səhhətimdəki problemlərə baxmayaraq, məhkəmədə nümayəndə qismində iştirak etməyə hazıram.Amma ümid edirəm ki, hörmətli Rəşid Hacılı və ya başqa hüquqşünaslarımız bu işin öhdəsindən gələrlər, mənə ehtiyac qalmaz".

V.Hacıbəyli qeyd edib ki, heç kəs "Eynullaya baş qoşmaq lazım deyil, boş verin" tipli fikirlər bildirməsin: "Bu problem artıq ciddi bəlaya çevrilib. Xaliq Bahadır kimi, Fuad Qəhrəmanlı kimi böhtançıları vaxtında məhkəməyə vermədiyimizdən, abır-həya saxladığımızdan iş gəlib artiq bu səviyyəyə çatıb".

Müsavatın funksioneri Mustafa Hacıbəyli hesab edir ki, E.Fətullayev sübut etməlidir ki, X.İsmayılova amerikalı diplomatlara hansısa məxfi hesabat göndərib.

Bununla belə Müsavat funksioneri etiraf edir ki, X.İsmayılova Müsavata qarşı olan şəxsdir: "Onun Müsavat Partiyasına qarşı kampaniya apardığı bizə bəllidir".

Teleqraf.com

Xəbər lenti

DAHA ÇOX XƏBƏR