• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Müsavat Məclisinin sədri onlardan biri ola bilər – Seçkiöncəsi nəticə

  • Nida.az
  • 25 Dekabr 2014 18:58
  • 382 Baxış
Müsavat Məclisinin sədri onlardan biri ola bilər – Seçkiöncəsi nəticə

Müsavat Partiyasının dekabrın 27-nə nəzərdə tutulan Məclis sədrliyinə seçkilər ətrafında situasiya dəyişib. Məclis sədrliyinə ərizə ilə müraciət edən 2 nəfərdən biri namizədliyini geri götürüb.


Müsavatın Təşkilat Komitəsinin sədri Razim Əmiraslanlı Publika.az-a açıqlamasında məlumat verib. Onun sözlərinə görə, Məclis sədrliyinə namizədliyini verən Sabir Məmmədli ərizə təqdim edərək namizədliyini verməkdən imtina edib: “Dekabrın 27-də Müsavat Partiyası Məclisinin növbəti iclasıdır. Toplantıda Məclis sədrliyinə, katibliyinə, eyni zamanda sərbəst Məclis üzvlüyünə, Mərkəzi-Nəzarət Təftiş Komissiyasının və Divanın boş qalan yerlərə seçkilər keçiriləcək. Sabah saat 14.00-dək ərizələrin qəbulu davam edəcək. Son məlumatlara görə, bu günədək sərbəst Məclis üzvlüyünə 35-dən çox şəxs müraciət edib. 32 yer uğrunda 35-dən çox adam mübarizə aparacaq. 5 nəfər MNTK, 4 nəfər Divan üzvlüyünə namizədliyini verib. Hazırda Məclis sədrliyinə müraciət edənlərdən Sabir Məmmədli namizədliyini geri götürüb. Namizədliyini geri götürməsi ilə bağlı şəxsən mənə ərizəsini təqdim edib. Amma ciddi əsas qeyd eləməyib”.


R. Əmiraslanlı qeyd edib ki, hazırda Məclis sədrliyinə təkcə Nüşabə Sadıqlı iddialıdır. Müsavatçıların sözügedən qurumlardakı yerlərə namizədliyini irəli sürmə vaxtı sabah saat 14.00-adək davam edəcək.

Gülağa Aslanlı sabah qərar verəcək

Məlumatlara görə, Məclis sədrliyinə iddialılardan biri başqan müavini Gülağa Aslanlıdır.

Gülağa Aslanlı Publika.az-a bildirib ki, qərarını sabah saat 14.00-dək açıqlamayacaq.

Hazırda Məclis sədrlinin yeganə namizəd Nüşabə Sadıqlı Publika.az-a açıqlamasında opponent Sabir Məmmədlinin namizədliyini geri götürməsinə təəssüf etdiyini söyləyib: “Niyə insanlar mübarizə aparmaqdan çəkinirlər? Nə üçün kiməsə məğlub olmaqdan qorxurlar. Mən bir xanım kimi Məclis sədrliyinə namizədliyimi irəli sürmüşəm. İstəyirəm ki, müsavatçılar bir xanımı sınaqdan keçirsinlər. Artıq namizədliyimlə bağlı sənədlərimi vermişəm və geri götürmək fikrində deyiləm”.

“Qardaşımın xeyrinə də geri çəkilmərəm”


Vaxtilə Məclis seçkilərində Arzu Səmədbəylinin xeyrinə namizədliyini geri çəkdiyini xatırladan N. Sadıqlı qeyd edib ki, o zaman sənədlərini vermədən bu addımı atmışdı: “İndi vəziyyət fərqlidir. Sənədlərimi verdiyim üçün qardaşımın xeyrinə də geri çəkilmərəm. Çox istəyirəm ki, Gülağa Aslanlı namizədliyini irəli sürsün və alternativ seçki olsun. Alternativ seçki olanda insanın öz gücü də bəlli olur. Yoxsa təklikdə seçkiyə gedəndə maraqsız olur”.


Qeyd edək ki, keçmiş Məclis sədri Arzu Səmədbəyli partiyanın qurultayından sonra mediaya hər hansı açıqlama verməyib. Xəbərlərə görə, qurultayda onun təklifləri nəzərə alınmadığından yeni başqan Arif Hacılının komandasında təmsil olunmaq niyyətində deyil.

Bu arada Arif Hacılı keçmiş başqan müşaviri, qardaşı Mustafa Hacıbəyliyə heç bir vəzifə verməyib. M. Hacıbəyli özü də Məclis sədrliyinə iddialı olmadığını deyib.

Tural Abbaslı namizəd olmayacaq

Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslı və tərəfdarları partiya Məclisinin və Divanının boş qalan yerlərinə keçiriləcək seçkilərinə namizədliyiklərini irəli sürməyəcəklər.

T. Abbaslı Publika.az-a açıqlamasında bildirib ki, Arif Hacılının dönəmində partiyada keçirilən seçkilər formal xarakter daşıyır. Onun sözlərinə görə, partiya daxilində barışıq mühitinin yaradılmasına səy göstərsələr də Arif Hacılı Müsavatdakı seçkilərə qrup savaşı kimi baxır: “Arif bəy öz qrupunun daha çox təmsilçilik qazanması uğrunda yarışı davam etdirir”.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR