Gürcüstan Prezidenti Qəbələdə - YENİLƏNDİ
Bizi izləyin

Nida.az

Gürcüstan Prezidenti Qəbələdə - YENİLƏNDİ

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Azərbaycana rəsmi səfəri çərçivəsində fevralın 13-də Qəbələyə gəlib.

Trend xəbər verir ki, Gürcüstan Prezidentini Qəbələ Beynəlxalq Hava Limanında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və digər rəsmi şəxslər qarşılayıblar.

Ali qonaq Qəbələdəki bir sıra istehsal və emal müəssisələri, turizm obyektləri ilə tanış olacaq.Georgi Marqvelaşvili Qəbələ konserv zavodunda istehsal prosesi ilə tanış olub.

Ali qonağa məlumat verilib ki, 12 hektar ərazidə yerləşən müəssisənin istehsal gücünə və texnoloji parametrlərinə görə Qafqazda analoqu yoxdur. Zavodda "Tetra Pak" xətti istismara verilmiş, xaricdən gətirilən avadanlıq quraşdırılıbr. Müəssisənin iş prinsipi xammal qəbulundan başlayaraq hazır məhsulun qablaşdırılmasına qədər bütün prosesləri əhatə edir. Ümumilikdə 350 nəfərin çalışdığı müəssisədə 30 çeşiddə meyvə şirəsi, konsentrat, nektar, 12 çeşiddə turşu, tomat, mürəbbə, cem, soyuq çaylar, 15 çeşiddə yarımfabrikat məhsullar hazırlanır. Məhsullar daxili bazara çıxarılmaqla yanaşı, 30-dan çox ölkəyə ixrac edilir. 2007-ci ilin martında Prezident İlham Əliyevin iştirakı ilə açılan bu zavodda təxminən 100-ə qədər müxtəlif növdə qablaşdırılmış məhsul istehsal olunur.

G. Marqvelaşvili istehsal prosesini yaxından izləyib, meyvə qəbulu bölməsinə baxıb və hazır məhsulu şüşə qablara dolduran avtomatlaşdırılmış "Tetra Pak" xəttində işin gedişi ilə tanış olub.

Sonda qonaq müəssisədə istehsal edilən məhsulların dadına baxıb.Gürcüstan Prezidenti Qəbələdə yeni inşa edilmiş Heydər Əliyev Konqres Mərkəzi ilə yaxından tanış olub.

Ali qonağın diqqətinə çatdırılıb ki, 1200 yerlik Konqres Mərkəzi Qəbələ şəhərində, Qaraçay çayının sahilində yerləşir və ərazisinin ümumi sahəsi 8,5 hektardır. Üçmərtəbəli Mərkəzin layihələndirmə və tikinti işlərinə 2012-ci ilin mayında başlanılmış və ötən ilin iyulunda sona çatdırılıb.

Prezident binanın ikinci mərtəbəsində yerləşən çoxfunksiyalı 1200 yerlik konfrans zalı ilə tanış olarkən məlumat verilib ki, burada 92 kvadratmetrlik səhnə, VİP və mühafizə otaqları, incəsənət ustaları və media işçiləri üçün otaqlar, geniş foye yerləşir. Konfrans zalı qısa müddətə başqa məqsədlər-konsert, iclas üçün kresloların aşağı enməsi ilə müstəvi halına keçə bilir. Zalın səhnə hissəsi qalxıb-enən platforma üzərində quraşdırılıb. Burada sinxron tərcümə üçün xüsusi avadanlıqla təchiz olunan 6 tərcüməçi kabinəsi, habelə müşahidə və zalın avtomatik idarəetmə məntəqəsi vardır. Konfrans zalında mükəmməl səsləndirmə sistemi quraşdırılıb ki, bu da tədbirin təyinatından asılı olaraq səsləndirməni həm konfranslar, həm də konsert-əyləncə tədbirləri üçün tənzimləməyə imkan verir. Binada 18 metrlik eskalator və liftlər quraşdırılıb.

Konqres Mərkəzinin ərazisində 140 yerlik yeraltı qaraj tikilib. Qarajın üstündə bayraq meydanı və dekorativ yaşıllıq salınıb. Ərazidə istirahət üçün yerlər, terraslar da yaradılıb. Avtomobillərin maneəsiz hərəkətini təmin etmək üçün binaya üç istiqamətdən giriş yolları çəkilib. Binanın önündən keçən çayın üzərində körpü tikilib.

13.53

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Azərbaycana rəsmi səfəri çərçivəsində fevralın 13-də Qəbələyə gəlib.

Trend xəbər verir ki, Gürcüstan Prezidentini Qəbələ Beynəlxalq Hava Limanında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və digər rəsmi şəxslər qarşılayıblar.

Ali qonaq Qəbələdəki bir sıra istehsal və emal müəssisələri, turizm obyektləri ilə tanış olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm