Nida.az
Məclis sədrliyindən geri çəkilən müsavatçı: “Seçki prosesinin pozulmasına etiraz olaraq...”
Müsavat Məclis sədrliyinə namizədliyini geri götürən Sabir Məmmədli bu addımını səbəblərini açıqlayıb.
S. Məmmədli Publika.az-a açıqlamasında bu addımını seçki prosesinin
pozulması ilə əlaqələndirib: “Müsavat Partiyasının Məclis sədrinin
seçkiləri ilə əlaqədar bildirmək istəyirəm ki, 24 dekabr 2014-cü il
tarixdə mən müvafiq ərizə ilə Təşkilat şöbəsinə müraciət etmişəm və
seçki prosesində ictimai-siyasi prinsiplərin pozulmasına etiraz
olaraq öz namizədliyimi geri götürmüşəm. Fədakar sıravi
müsavatçıların, illər boyu siyasi mübarizənin məhrumiyyətlərinə
sinə gərən insanların narahatçılığını nəzərə alaraq bu məsələ ilə
əlaqədar əlavə açıqlama vermək fikrində deyiləm və partiyadaxili
mövzuların siyasi diskussiyalar prosesində aparılmasının
tərəfdarıyam”.
Qeyd edək ki, S. Məmmədli namizədliyini dünən geri götürüb.
Müsavatın Təşkilat Komitəsinin sədri Razim Əmiraslanlı Publika.az-a açıqlamasında bildirib ki, Məclis sədrliyinə namizədliyini verən Sabir Məmmədli ərizə təqdim edərək namizədliyini geri götürüb: “Məclis sədrliyinə müraciət edənlərdən Sabir Məmmədli namizədliyini geri götürüb. Namizədliyini geri götürməsi ilə bağlı şəxsən mənə ərizəsini təqdim edib. Amma ciddi əsas qeyd eləməyib”.
R. Əmiraslanlı qeyd edib ki, hazırda Məclis sədrliyinə təkcə
Nüşabə Sadıqlı iddialıdır.
Nüşabə Sadıqlı Publika.az-a açıqlamasında opponenti Sabir
Məmmədlinin namizədliyini geri götürməsinə təəssüf etdiyini
söyləyib: “Niyə insanlar mübarizə aparmaqdan çəkinirlər? Nə üçün
kiməsə məğlub olmaqdan qorxurlar. Mən bir xanım kimi Məclis
sədrliyinə namizədliyimi irəli sürmüşəm. İstəyirəm ki, müsavatçılar
bir xanımı sınaqdan keçirsinlər. Artıq namizədliyimlə bağlı
sənədlərimi vermişəm və geri götürmək fikrində deyiləm”.
Məclis sədrliyinə iddialılar arasında Gülağa Aslanlının da adı çəkilir. O, qərarını bu gün saat 14:00-da açıqlayacaq.
Asif
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial28 Mart 21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc28 Mart 21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial28 Mart 20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO