Nida.az
ABŞ səfirinin xanımı Azərbaycanda vəhhabilərlə gizli görüş keçirib – Özəl
ABŞ-ın Azərbaycanda keçmiş səfiri Riçard Morninqstar (2012-ci ilin iyunu – 2014-cü ilin avqustu) və xanımının Azərbaycanda dindarla gizli görüşü haqda məlumatlar yayılıb.
Publika.az-a özəl mənbələrdən daxil olan məlumata
görə, Morninqstar 2013-cü ilin mart ayının sonlarında Azərbaycanın
Şimal bölgəsinə - Quba və Xaçmaz rayonlarına səfər edib.
Morninqstarın səfəri ilə bağlı protokolda məqsədin bölgədəki
ictimai təşkilatlarla görüş olaraq göstərilib. Səfir protokoldan
kənara çıxmayıb.
Lakin onun xanımı Feyt Pirs Morninqstar həyat yoldaşının protokoldan kənara çıxa bilmədiklərini yerinə yetirib. Belə ki, xanım Morninqstar Quba və Xaçmazda vəhhabilərin də iştirak etdiyi qapalı görüşlər keçirib. Görüşdə bölgənin vəhhabi liderləri, eləcə də dindar xanımlar iştirak edib. Mənbə qeyd edir ki, görüşdə danışılan bütün məsələlər masaüstü kompüterdə qeydə alınıb. Məqsəd bölgənin dini mənzərəsini dəqiq şəkildə öyrənmək olub.
Hətta Qubada keçirilən görüşlərin birində mobil operatorlar da
işləməyib. Ehtimal edilir ki, bu, səfirliyin izlənə biləcəyindən
narahatlığı ilə bağlı olub. Amma müdaxilənin hansı formada olduğu
və ümumiyyətlə, olub-olmadığı dəqiq deyil.
Məlumata görə, səfir Morninqstarın səfərinin əsl məqsədi bölgədəki ictimai təşkilatlarını aktivləşdirmək olub.
Asif Nərimanlı
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR