• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Bələdiyyə seçkiləri ilə bağlı bəzi məntəqələrdə səslər yenidən sayılacaq

  • Nida.az
  • 26 Dekabr 2014 17:15
  • 495 Baxış
Bələdiyyə seçkiləri ilə bağlı bəzi məntəqələrdə səslər yenidən sayılacaq

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında bələdiyyə seçkiləri ilə bağlı daxil olmuş müraciətlərə baxılıb.


Trend-in məlumatına görə, iclasda 75 saylı Lənkəran-Masallı Seçki Dairəsində Türkoba bələdiyyəsi üzrə 29 saylı seçki məntəqəsində, 75 saylı Lənkəran-Masallı Seçki Dairəsində Gəgiran bələdiyyəsi üzrə 15 və 19 saylı seçki məntəqələrində, 76 saylı Lənkəran-Astara Seçki Dairəsində Səpnəkəran bələdiyyəsi üzrə 11 və 12 saylı seçki məntəqələrində, 95 saylı Tərtər Seçki Dairəsində Mamırlı bələdiyyəsi üzrə 22 saylı seçki məntəqəsində, 66 saylı Biləsuvar Seçki Dairəsində Ağalı kənd bələdiyyəsi üzrə 29 və 30 saylı seçki məntəqələrində, 71 saylı Masallı Kənd Seçki Dairəsində Qızılağac kənd bələdiyyəsi üzrə məntəqələrdə, 75 saylı Lənkəran-Masallı Seçki Dairəsində Türkoba bələdiyyəsi üzrə məntəqələrdə, 57 saylı Kürdəmir Seçki Dairəsində Şirvan bələdiyyəsi üzrə 21 saylı seçki məntəqəsində, 119 saylı Ağdam Kənd Seçki Dairəsində Farzalı bələdiyyəsi üzrə məntəqələrdə namizədlərin qanun pozuntularının aradan qaldırılması, nəticələrin ləğvi, səslərin yenidən sayılması və protokolların namizədlərə verilməsi barədə müraciətlərinin baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi barədə qərarlar qəbul edilib.


82 saylı Ağcabədi Seçki Dairəsində Şənlik kənd bələdiyyəsi üzrə bəzi məntəqələrdə seçki protokollarının saxtalaşdırılması barədə iddia da baxılması üçün müvafiq DSK-ya göndərilib.


MSK 72 saylı Yardımlı-Masallı Seçki Dairəsində Şıxlar bələdiyyəsi üzrə 81 və 82 saylı seçki məntəqələrində, 92 saylı Zərdab-Ucar Seçki Dairəsində Körpü kənd bələdiyyəsi üzrə seçki məntəqələrində, 107 saylı Qazax Seçki Dairəsində Birinci Şıxlı kənd bələdiyyəsi üzrə məntəqələrdə səslərin təkrar hesablanması barədə qərar qəbul edib.

Namizədlərin şikayətlərindəki digər məqamların isə müvafiq DSK-larda araşdırılması zəruri sayılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR