Nida.az
Prezidentə tar və kamança hədiyyə olunub - FOTOLAR
Fevralın 13-də Bakıda Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2000-ci ildə imzaladığı Fərmanla yaranan Azərbaycan Milli Konservatoriyası müstəqillik dövründə fəaliyyətə başlayan ilk ali məktəblərdən biridir. Milli Konservatoriya milli mədəniyyətin öyrənilməsi, tədrisi və ixtisaslaşması kimi məsələlərin ölkəmizin ictimai-mədəni həyatında aktuallıq kəsb etdiyi bir vatxda meydana gəldi. Elə həmin dövrdə muğam, milli alət ifaçılığı üzrə ali təhsilli kadrlara, muğamların nəzəri tədqiqinə və tətbiqinə yeni yanaşma zərurətinin ortaya çıxması Milli Konservatoriya ideyası ilə vəhdət təşkil etdi. Ulu Öndərin 2001-ci il 10 avqust tarixli "Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazasının yaradılması haqqında" Sərəncamı ilə Bakı Musiqi Kolleci və respublika İncəsənət Gimnaziyası Milli Konservatoriyanın tərkibinə daxil edildi. Beləliklə, ümummilli lider Heydər Əliyevin təhsilin və mədəniyyətin inkişafına göstərdiyi qayğı yeni tarixi dövrdə xalqımıza daha bir təhsil ocağını - Milli Konservatoriyanı bəxş edib.
Sonrakı dövrdə Milli Konseravatoriyanın fəaliyyəti dövlətimizin
başçısı İlham Əliyevin diqqətindən kənarda qalmadı. 2006-cı ildən
Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksinin
tikintisinə başlandı. 2012-ci ildə Prezident İlham Əliyev bu təhsil
ocağının inşası ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam
imzaladı və müvafiq maliyyə vəsaiti ayrıldı. Bütün bunlar da ondan
irəli gəldi ki, dövlətimizin başçısı ölkədə mədəniyyətin inkişafına
xüsusi diqqətlə yanaşır, son illərdə bu sahənin tərəqqisi
istiqamətində həyata keçirilən tədbirlər mühüm uğurlarla müşayiət
olunur. Bütün ölkə miqyasında mədəniyyət ocaqları yenidən qurulur,
qədim tarixi abidələrimizə yeni həyat verilir, mədəniyyət
xadimlərinin, bu sahədə çalışanların sosial vəziyyətinin
yaxşılaşdırılması ilə bağlı əhəmiyyətli addımlar atılır. Azərbaycan
Prezidentinin rəhbərliyi ilə həyata keçirilən bu işlərə Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da öz layihələri ilə
dəstək verir. Azərbaycan mədəniyyətinin dünya miqyasında təbliği,
milli muğam sənətinin yaşadılması ilə bağlı görülən işlər indi
ölkəmizin beynəlxalq imicinin formalaşmasında mühüm rol
oynayır.
Dövlətimizin başçısına məlumat verən Azərbaycan Milli
Konservatoriyasının rektoru, Xalq Artisti Səyavuş Kərimi bildirib
ki, binada tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait
yaradılıb. Burada xalqımızın ümummilli lideri Heydər Əliyevin və
Prezident İlham Əliyevin Azərbaycanda mədəniyyətin inkişafı ilə
bağlı həyata keçirdikləri işləri əks etdirən muzey yaradılıb.
Muzeydə həm Ulu Öndərin, həm də dövlətimizin başçısının müxtəlif
mədəniyyət tədbirlərində iştirakından və incəsənət xadimləri ilə
görüşlərindən çəkilmiş fotoşəkillərə geniş yer verilib.
Milli Konservatoriyanın kitabxanası da zəruri ədəbiyyatla təchiz
olunaraq tələbələrin istifadəsinə verilmişdir. Lazımi avadanlıqla
təmin edilən sinif otaqlarında tədris prosesinin yüksək səviyyədə
aparılması üçün hər cür şərait yaradılmışdır. Tələbələrin
ixtiyarında olacaq idman zalında da müxtəlif yarışların keçirilməsi
üçün hər cür imkan var.
Azərbaycan Milli Konservatoriyası ifaçılıq və tarix-nəzəriyyə
fakültələrindən ibarətdir. Bu fakültələrin nəzdində dekanlıq və 8
kafedra fəaliyyət göstərir. Hazırda 287 tələbənin təhsil aldığı
konservatoriyanın yeni binası 1000 tələbənin burada oxumasına imkan
verir. Azərbaycan Milli Konservatoriyasının professor-müəllim
heyətinin tərkibi xalq çalğı alətləri üzrə görkəmli ifaçılar,
peşəkar dirijor, xanəndə, tanınmış musiqişünas, bəstəkar və ictimai
fənlər sahəsində bir çox alimlərdən ibarətdir. Milli
Konservatoriyada təhsil və elmin əlaqələndirilməsi məqsədilə "Milli
musiqinin tətbiqi" və "Milli musiqi alətlərinin araşdırılması" elmi
laboratoriyaları yaradılmışdır. Bu laboratoriyalarda qədim xalq
çalğı alətlərimizin bərpası, təkmilləşdirilməsi, onların ifaçılıq
və tədrisdə tətbiqinə xüsusi diqqət göstərilir. Elmi-praktik
fəaliyyətin çox ciddi istiqamətlərindən biri xalq musiqisi
nümunələrinin toplanılması, sənədləşdirilməsi, nota yazılması və
tədrisdə istifadə edilməsidir.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Milli
Konservatoriyanın müəllim heyəti, görkəmli mədəniyyət xadimləri ilə
görüşüblər.Dövlətimizin başçısı Azərbaycan Milli
Konservatoriyasının yeni binasının açılışı münasibətilə
təbriklərini çatdırıb.
Son illərdə ölkəmizdə mədəniyyətin inkişafı ilə bağlı bir çox mühüm
tədbirlərin həyata keçirildiyini deyən Prezident İlham Əliyev qeyd
etdi ki, milli mənəvi dəyərlər üzərində bərqərar olan Azərbaycan
dövləti milli musiqinin inkişafına da xüsusi diqqət göstərir.
Bununla bağlı həyata keçirilən layihələr bu prosesə öz töhfəsini
verir.Bu sırada muğam sənətinin yaşadılıması və gələcək nəsillərə
ötürülməsi ilə əlaqədar görülən işləri təqdir edən dövlətimizin
başçısı gənc istedadların üzə çıxarılması ilə bağlı muğam
televiziya müsabiqələrinin əhəmiyyətini vurğulayıb.
Prezident bir daha gənclərdə Vətənə və milli mənəvi dəyərlərə
bağlılığın möhkəmləndirilməsi istiqamətində yaşlı nəslin üzərinə
müəyyən vəzifələrin düşdüyünü diqqətə çatdıraraq vurğuladı ki,
milli musiqinin inkişafında xidmətləri olan şəxslər Azərbaycanın
milli sərvətidir.
Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev
Prezidentə və xanımı Mehriban Əliyevaya milli mədəniyyətin
inkişafına göstərdikləri diqqət və qayğıya görə minnətdarlıq
ediblər.
Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva mədəniyyət xadimlərinə qayğının hər zaman diqqət mərkəzində saxlandığını, mədəniyyətin, xüsusilə də milli musiqinin inkişafının prioritet olduğunu vurğulayıb.
Konservatoriyanın rektoru S. Kərimi son illərdə bu təhsil ocağında həyata keçirilən layihələrdən danışıb, milli musiqiyə, muğama marağın artdığını bildirib.Tədbirin sonunda Prezident İlham Əliyevə milli musiqi alətlərimiz olan tar və kamança hədiyyə olunub.Mərasimdə gənc musiqiçilərin ifasında muğam səslənib.Sonra xatirə şəkli çəkdirildib.
Daha sonra Prezidentə Milli Konservatoriyanın maketi təqdim olunub, gələcəkdə burada görüləcək işlər barədə məlumat verilib.Dövlətimizin başçısı yeməkxanada yaradılan şəraitlə də tanış oldu. Qeyd edilib ki, binanın daxilində yüksək zövqlə tərtib olunan üzgüçülük hovuzu da qurulub.
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov