MSK bələdiyyə seçkiləri ilə bağlı şikayətlərə baxıb
Bizi izləyin

Nida.az

MSK bələdiyyə seçkiləri ilə bağlı şikayətlərə baxıb

Dekabrın 28-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirildi.

Əvvəlcə Komissiyanın 26 dekabr 2014-cü il tarixində keçirilmiş iclasının protokolu təsdiq edildi.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, sonra 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əladədar MSK-ya daxil olmuş müraciətlərə baxıldı.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərini əsas götürən Komissiya vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə daxil olan müraciətlərə qanunla müəyyən olunmuş qaydada və müddətdə operativ şəkildə baxaraq müvafiq qərarlar qəbul etdi.

İclasda cari məsələlərə də baxıldı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm