Nida.az
Prezidentin mətbuat katibi “Azadlıq” radiosu ilə bağlı tənqidlərə cavab verdi
Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov “Azadlıq” radiosunun Bakı bürosunun ofisində axtarış aparılması, ofisin qapısının möhürlənməsi və əməkdaşların istintaqa cəlb olunması ilə bağlı ABŞ rəsmilərinin tənqidlərinə cavab verib.
Dekabrın 29-da Azər Qasımov “Media forum” saytına deyib: “Qanun hər kəsə şamil edilir. Prokurorluq əməkdaşlarının “Azadlıq” radiosunun Bakı bürosunun ofisində axtarış aparması və digər hüquqi prosedurlar Azərbaycan qanunvericiliyinə uyğun şəkildə həyata keçirilir. Buna heç kəsin şübhəsi olmasın”.
Dekabrın 26-da “Azadlıq” radiosunun Bakı bürosunun “Kaspian Plaza”da yerləşən ofisində axtarış aparılıb və sonda ofisin qapısı möhürlənib. Prosesi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşları aparıb. Bunun Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində açılmış cinayət işi ilə bağlı olduğu bəyan edilib. Dekabrın 27-dən “Azadlıq” radiosunun əməkdaşları Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb şahid qismində dindirilir.
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi