• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

3 ayda 5 yanlış addım - Arif Hacılının səhvləri

  • Nida.az
  • 29 Dekabr 2014 15:16
  • 378 Baxış
3 ayda 5 yanlış addım - Arif Hacılının səhvləri

Müsavat başqanlığına keçmiş namizəd, yeni rəhbərliyə qarşı çıxdığı üçün partiyadan uzaqlaşdırılan Səxavət Əlisoy başqan Arif Hacılını sərt tənqid edib.


Publika.az xəbər verir ki, S. Əlisoy qurultaydan üç ay keçdiyini xatırladıb və bu müddət ərzində Arif Hacılının bir sıra saxtakar addımlar atdığını bildirib: “Qurultaydan az sonra Səbail rayon konfransını virtual məkanda - FB səhifəsində təşkil edib rayona yeni sədr seçdi. Noyabr toplantısında qələt etdiklərini anlayıb qərarı ləğv etdi. Noyabrın sonunda saxtakar Hacılı dəstəsinin sadiq üzvü İkram İsrafilin oğlu üçün Müsavat Partiyasını rəzil edən saxta dəstək bəyanatına imza atdı. Dekabr ayında saxtakar Hacılı 300-400 nəfərlik bir mitinqlə Müsavatın başını yerə soxdu. Məhəbbət Muradı partiya sıralarına bərpa etdikləri günün səhəri isə yenidən partiyadan xaric etməklə nizamnamənin ayaq altında olduğunu isbatladı. Müsavat Məclisi sədrliyinə alternativsiz seçki keçirməklə partiyanın demokratik imicinə ağır zərbə vurdu. Belə bir zehniyyətin partiyanı hara apardığının fərqindəsinizmi? Belə bir “liderciklə” Müsavatın siyasi arenada uğur qazanacağına inanırsınızsa, o zaman məşhur şizofrenik deyimi də təkrar-təkrar zümzümə edin: “Müsavatın başqanı, olsun cumhurbaşqanı”. Düşünün bir az, baş axı düşünmək üçündür”.


Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR