Müsavat indidən parlament seçkilərində iştirak qərarı verdi
Bizi izləyin

Nida.az

Müsavat indidən parlament seçkilərində iştirak qərarı verdi

Müsavat Partiyası 2015-ci il parlament seçkilərində iştirak etməklə bağlı qərar qəbul edib.


Partiyanın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Müsavat 2015-ci ildə keçiriləcək parlament seçkilərində proporsional seçki sisteminin tətbiq edilməsi, seçki qanunvericiliyinin təkmilləşdirilməsi, ölkədə bərabərhüquqlu sağlam rəqabət mühitinin yaradılması, seçki komissiyalarının və oradakı vəzifələrin aparıcı siyasi qüvvələrin etimadını qazanan şəkildə formalaşdırılması uğrunda ümumvətəndaş mübarizəsinin təşkili şərti ilə iştirakı məqsədəuyğun hesab edir.

Müsavat Məclisi bütün bunları nəzərə alaraq, parlament seçkilərində iştirak məqsədilə demokratik düşərgənin aparıcı ictimai-siyasi qüvvələri ilə məsləhətləşmələrin aparılması, müttəfiqlik və ya funksional əməkdaşlıq haqqında çərçivə sənədinin hazırlanması istiqamətində səylərin artırılmasını zəruri hesab edir.

Məclis qərara alır ki, parlament seçkilərində Müsavat Partiyasının iştirakı və onun formaları haqqında partiyanın strategiyası və taktikasının hazırlanması, dairələr üzrə namizədlərin və onların komandalarının müəyyənləşdirilməsi işinə start verilsin.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm