Girovlarımıza “hökm” oxundu
Bizi izləyin

Nida.az

Girovlarımıza “hökm” oxundu

Azərbaycanlı girovlarla bağlı Xankəndidə keçirilən “məhkəmə” prosesi başa çatıb.

Publika.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, “hakim” Anatoliy Tadevosyan "hökm" oxuyub.

Dilqəm Əsgərov ömürlük azadlıqdan məhrum edilib, Şahbaz Quliyev isə 22 il azadlıqdan məhrum olunub.

Qeyd edək ki, “prokuror” da azərbaycanlı girovlara eyni cəzaların verilməsini istəmişdi.

Xatırladaq ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qondarma “məhkəmə” prosesi oktyabrın 27-də başlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm