MSK 8 bələdiyyə üzrə şikayətlərə baxıb
Bizi izləyin

Nida.az

MSK 8 bələdiyyə üzrə şikayətlərə baxıb

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclasında 8 bələdiyyə üzrə şikayətə baxılıb.


Publika.az xəbər verir ki, iclasda 79 saylı İmişli Seçki Dairəsində Xəlfəli bələdiyyəsi üzrə 23, 24 və 25 saylı seçki məntəqələrində, 76 saylı Lənkəran-Astara Seçki Dairəsində Mamusta bələdiyyəsi üzrə 1, 2 və 3 saylı seçki məntəqəsində, 69 saylı Cəlilabad-Biləsuvar-Masallı Seçki Dairəsində Təklə bələdiyyəsi üzrə 23 və 24 saylı seçki məntəqəsində, 78 saylı Lerik Seçki Dairəsində Mollalan kənd bələdiyyəsi və 7 saylı Masallı Şəhər Seçki Dairəsində Çaxırlı bələdiyyəsi üzrə seçki məntəqələrində iddia edilən qanun pozuntuları ilə bağlı daxil olan müraciətlərin baxılması üçün müvafiq dairə seçki komissiyalarına (DSK) göndərilməsi barədə qərarlar qəbul edilib.

12 saylı Qax Seçki Dairəsində Qax bələdiyyəsi, 14 saylı Xəzər Seçki Dairəsində Türkan bələdiyyəsi və 102 saylı Samux-Şəmkir Seçki Dairəsində Balacəmilli bələdiyyəsi üzrə seçki məntəqələri ilə bağlı daxil olan şikayətlər MSK-nın Ekspert Qrupu tərəfindən araşdırılıb və bu şikayətlərin əsassız olduğu qənaətinə gəlinib. MSK məsələni səsə qoyaraq şikayətlərin təmin olunmaması ilə bağlı qərar qəbul edib.

Sonda cari məsələlərə də baxılıb.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm