Oqtay Əsədova “Şərəf” ordeni təqdim edildi
Bizi izləyin

Nida.az

Oqtay Əsədova “Şərəf” ordeni təqdim edildi

Bu gün Milli Məclisin 2014-cü ildə sonuncu plenar iclası başlayıb.

Publika.az xəbər verir ki, iclasda Gülüzar Rzayevanın Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələyə baxılıb.

Bu haqda məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli G. Rzayevanın peşəkar hüquqşünas kimi xarakterizə edib.

Deputat Sabir Rüstəmxanlı spiker Oqtay Əsədovu “Şərəf” ordeni alması, eləcədə deputat korpusunu, media nümayəndələrini qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edib. Deputat G. Rzayevanın Azərbaycan hüquq sistemində peşəkar mütəxəssis kimi dəyərləndirib.

Daha sonra məsələ səsə qoyulub və qəbul edilib.

Parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, Oqtay Əsədov Milli Məclisə 10 ilə yaxındır ki, uğurla rəhbərlik edir: “Bu müddətdə Milli Məclis uğurla fəaliyyət göstərib, iqtisadi inkişaf üçün qanunvericilik bazası hazırlayıb, beynəlxalq qurumlarla qarşılıqlı sürətdə ciddi iş aparıb: “Görülən işlər çoxdur və bu haqda saatlarla danışmaq olar. Çox əlamətdar haldır ki, Prezident dünən sizi “Şərəf” ordeni ilə təltif etdi. Bu sizin simanızda Milli Məclisə verilən qiymətdir. Deputat həmkarlarım adından sizi yubiley münasibəti ilə təbrik edirik. Biz bununla kifayətlənmirik. Arzu edirik ki, sizin 70-80 yaşınızı da burada təbrik edək”.

Oqtay Əsədov isə bildirib ki, Məclisə gəlməzdən öncə prezident onu qəbul edib, “Şərəf” ordenini təqdim edib və onun adından deputatlara təbrikini çatdırıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm