Gülağa Aslanlı Arif Hacılını əvəz etdi – Publika.az-ın xəbəri təsdiqləndi
Bizi izləyin

Nida.az

Gülağa Aslanlı Arif Hacılını əvəz etdi – Publika.az-ın xəbəri təsdiqləndi

Müsavat Partiyasının başqanı Arif Hacılı yeni sərəncam imzalayıb.

Partiyadan Publika.az-a verilən məlumata görə, sərəncama əsasən Gülağa Qulam oğlu Aslanlı Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri vəzifəsinə təyin olunub.

G.Aslanlı başqan müavini və Müsavat Məclisinin üzvüdür.


Qeyd edək ki, Gülağa Aslanlı Mərkəzi İcra Aparatının rəhbəri təyin olunacağı xəbərini Publika.az bu ilin oktyabr ayının 1-də vermişdi (http://publika.az/p/45155).

Partiya fəallarının biri bu haqda məlumat verərək demişdi ki, bu təyinat əvvəldən razılaşdırılıb. G. Aslanlı sərbəst Məclis üzvlüyünə namizədliyini geri götürərək qurultayda seçki komissiyasının üzvü oldu. Arif Hacılının müavin təyinatları ilə bağlı verdiyi sərəncamlarda onun adı yox idi.

“Gülağa Aslanlı əvvəldən Arif bəyi dəstəkləyirdi, onun seçki kampaniyasında əsas adam idi. Əvvəldən razılıq var idi ki, Arif Hacılı başqan olacaqsa, partiyada ikinci əsas vəzifə hesab olunan icra aparatının rəhbərliyinə o gətiriləcək”, - deyə mənbə vurğulamışdı.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm