Qənirə Paşayeva magistrlərə hərbi möhlət hüququndan danışdı
Bizi izləyin

Nida.az

Qənirə Paşayeva magistrlərə hərbi möhlət hüququndan danışdı

Bu gün parlamentdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununda dəyişikliklər edilməsi məsələsi xeyli müzakirələrə səbəb olub.

Dəyişiklikləri dəstəkləyən millət vəkili Qənirə Paşayeva çıxışı zamanı ali məktəblərin bakalavr pilləsini bitirib, magistratura pilləsinə daxil olmaq istəyən və magistr adını qazanan oğlan tələbələrə hərbi xidmətdən möhlət hüququnun verilməsi təklifini irəli sürüb.

Magistrlərə və magistraturaya daxil olmaq istəyən bakalavrlara hərbi xidmətdən möhlət hüququnun verilməsi vacibdir deyən millət vəkili Qənirə Paşayeva bildirib ki, bu yöndə ona da həm Azərbaycanda, həm də Azərbaycandan kənarda təhsil alan oğlan tələbələr və onların ailə üzvləri tərəfindən tez-tez müraciətlər olunur. Hara gedirəmsə onlar bu məsələ ilə bağlı müraciət edirlər və bildirirlər ki, magistratura pilləsinə daxil olmaq və magistraturada oxumaq üçün hərbi xidmətdən möhlət hüququ məsələsinin öz həllini tapması çox vacib və əhəmiyyətlidir. Həmin tələbələr xüsusilə, mətbuatda müxtəlif şəxslərin bu mövzuda fərqli fikirlər səsləndirdiklərini və onlarda çaşqınlıq yarandığını qeyd edirlər. Deyirlər ki, biz artıq bilmək istəyirik ki, bu məsələ ilə bağlı vəziyyət tam olaraq necə olacaq. Magistraturaya daxil olmaq istəyənlərə və magistrlərə möhlət hüququ veriləcək, yoxsa yox. O gənclər hərbi xidmərdən yayınmırlar və yayına da bilməzlər. Sadəcə təhsillərini ara vermədən davam etdirib, magistraturanı bitirdikdən sonra hərbi xidmətə yollanmaq və vətən qarşısında borclarını yerinə yetirmək istəyirlər. Təhsildə fasilə yaranmasının sonra onun keyfiyyətinə və bəzi hallarda gənclərin sonradan onu davam etdirmə həvəsinə mənfi təsir göstərməsini nəzərə alaraq hesab edirəm ki, bu addım gənclərin yüksək təhsil pilləsinə daha çox meyllənməsinə öz müsbət töhfəsini verər. Bunun özü, yəni, həmin oğlan tələbələrə magistratura pilləsində təhsillərini davam etdirmələri və Azərbaycan elminə töhfə vermələri üçün çox məqsədəuyğun bir addım olardı. Ümid edirəm ki, bu məsələ tezliklə öz müsbət həllini tapacaq", - Qənirə Paşayeva deyib.

Ordumuzda böyük işlər görülür və getdikcə Silahlı Qüvvələrimiz daha da güclənir və bu bizim hamımızı sevindirir. Millət vəkili Qənirə Paşayeva Müdafiə Nazirliyi sistemində aparılan islahatları müsbət qiymətləndirib və bildirib ki, özəlliklə sərhədyanı bölgələrdə insanların müqavilə əsasında hərbi hissələrdə işə qəbul olunmasınə müsbət qiymətləndirilməlidir. : “Çünki bu insanlar bölgəni yaxşı tanıyır və lazımi parametrlərə cavab verirlər. Əlavə müqavilə ilə hərbi hissəyə işçilərin götürülməsi ayrı bir məsələnin də müsbət həllinə yardımçı olardı. Bu da magistratura təhsilini almaq üçün möhlət hüququnun verilməsi ilə bağlıdır. Əlbəttə, hər kəs hərbi xidmətini çəkməlidir, heç kimə güzəştə getmək olmaz. Həmin gənclərdər də magistraturanı bitirən kimi hərbi xidmətə aparılmalıdır. Burada söhbət sadəcə onlara magisturanı bitirənə qədər möhlət hüququnun tanınmasından gedir ki, gənc oğlanlarımız arasında təhsilə, elmə maraq da zəifləməsin."

Oxumağa davam et
Reklam
Reklam

Gündəm