• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Milli Məclis işini başa vurdu

  • Nida.az
  • 30 Dekabr 2014 15:20
  • 311 Baxış
Milli Məclis işini başa vurdu

Milli Məclis 2014-cü ildə işi başa çatıb.


Publika.az xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında Prezident İlham Əliyevə təbrik məktubu ünvanlanıb.

Spiker Oqtay Əsədov məktubun mətnini elan edib. Prezident qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə təbrik edilib, onun apardığı siyasət yüksək dəyərləndirilib.

Məktub səsə qoyularaq qəbul olunub.

Plenar iclasda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciət edilib. Müraciəti parlamentin sədr müavini Bahar Muradova oxuyub.

Müraciətdə qarşıdan gələn bayramlarla əlaqədar dünya azərbaycanlıları təbrik edilir. Bildirilir ki, Azərbaycanın regionda və dünyada artan gücü dünya azərbaycanlıların daha da həmrəy olmasında əsas faktordur: “Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və güclü Azərbaycan dövləti daim dünyadakı azərbaycanlıların yanındadır”.

Spiker Oqtay Əsədov parlamentin payız sessiyasını bağlı elan edib.
Parlamentin ötən mövsümdəki fəaliyyəti barədə məlumat verən Oqtay Əsədov bunu qənaətbəxş hesab edib.

Dövlət himninin səsləndirilməsi ilə iclas başa çatıb.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR