Millət vəkili hərbi dərsliklərlə bağlı təklif verdi
Bizi izləyin

Nida.az

Millət vəkili hərbi dərsliklərlə bağlı təklif verdi

Millət vəkili Qənirə Paşayeva MM-də orta məktəblərdə hərbi dərslərin keyfiyyətində ciddi dəyişikliklərin olmasından danışıb və təkliflərlə çıxış edib.

Bu gün parlamentdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununda dəyişikliklər edilməsi məsələsinin müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva orta məktəblərdə hərbi dərslərin xarakterinin ciddi şəkildə dəyişilməsinin vacib olduğunu vurğulayıb. Azərbaycanın bu günki müharibə şəraiti durumunda hərbi tədrisin keyfiyyəti yüksəldilməlidir.Gənclərə silahla davranış qaydaları öyrədilməlidir, onların psixoloji və ideoloji hazırlığına xüsusi önəm verilməlidir", - millət vəkili deyib:

“Biz formal hərbi dərslərdən gerçək hərbi dərslərə keçməliyik. Gənclərimizin məktəblərdə fiziki hazırlıq prosesi ilə yanaşı hərbi dərslər zamanı psixoloji, hərbi hazırlığına xüsusi önəm verilməlidir. Gənclərimiz orduya, hərbi xidmətə ideoloji hazırlıqlı, ciddi hərbi biliklərlə getməlidir. Hərbi vətənpərvərliklə bağlı orta məktəblərdə işlər daha da artmalıdır. Nəzərə almalıyıq ki, ordumuzda əsgərlərin böyük hissəsi məhz orta məktəbi bitirən kimi hərbi xidmətə gedənlərdir. Bundan başqa ali məktəblərimizdə də bu məsələlərə böyük önəm verməliyik. Bu, Təhsil və Müdafiə Nazirliyi arasında iş birliyi çərçivəsində həll olunmalıdır və ümid edirik ki, yaxın zamanlarda məktəblərdə hərbi dərslərin keyfiyyəti tamamilə dəyşəcək”.

Millət vəkili təklif edib ki, ilk öncə hər bir rayonda hərbi hazırlıq dərsləri üçün xüsusi mərkəzi hazırlana bilər: “Hər məktəbin silah-sursatla təmin olunmasında, hərbi dərslər üçün lazım olan materiallarla təminatında problemlər varsa, ilk öncə rayonlarda xüsusi mərkəz yaradıla bilər. Gənclər məktəblərdən ayda bir-iki dəfə bu mərkəzə gətirilə bilər, orada silahlarla daha geniş tanış ola bilər, onlara biliklər yüksək səviyyədə öyrədilər. Bu, hərbi hazırlığın keyfiyyətinin yüksdəlməsinə kömək etmiş olardı və hərbiyə gedən gənclərimiz hazırlıqlı şəkildə orduya gedərdilər ki, bu da çox ciddi məsələdir. ”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm