Qənirə Paşayeva təltif edildi
Bizi izləyin

Nida.az

Qənirə Paşayeva təltif edildi

Millət vəkili Qənirə Paşayeva Müsəlman Türk Davası Uğrunda göstərmiş olduğu çalışmalarına görə Fəxri Diplom və mükafatla təltif edilib.

Axısxa Türklərinin Kültür və Dayanışma Dərnəyi Yönətim Kurulu başqanı Aziz Aziz və Türkiyə İş Kurumu Kocaeli İl müdiri Öztekin Kaşıkçı və Axısxa türkləri fəalları millət vəkili Qənirə Paşayeva ilə görüşüblər və ona Müsəlman Türk Davası Uğrunda göstərmiş olduğu çalışmalarına görə Axısxa Türklərinin Kültür və Dayanışma Dərnəyi adından Fəxri Diplom və mükafat təqdim ediblər.

Görüş zamanı Axısxa türkləri, onların Gürcüstana öz vətənlərinə dönüşü ilə bağlı gedən proseslə bağlı ətraflı fikir mübadiləsi aparılıb və təşkilat rəsmiləri bu istiqamətdə hər zaman dəstəyinə görə millət vəkilinə təşəkkür ediblər.

Millət vəkili Qənirə Paşayeva bildirib ki, Azərbaycan və Azərbaycan xalqı hər zaman Axısxa türkləri bacı-qardaşlarımızın yanında olub və hər zaman da olacaq. Qonaqlara Azərbaycan,Qarabağ, Xocalı həqiqətləri ilə bağlı geniş məlumatlar verən millət vəkili Qənirə Paşayeva onlara rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin hazırladığı "Azərbaycan həqiqətləri" sənədli filmləri kataloqunu, Azərbaycan mədəniyyəti,tarixi, Qarabağ həqiqətləri ilə bağlı materiallar, kitablar, filmlər və eyni zamanda müəllifi olduğu kitabları da hədiyyə edib. O, bildirib ki,dünyanın hər yerində yaşayan Axısxa və Azərbaycan türkləri biri-birinə daha da çox dəstək verməlidir və böyüyən gənclərimizi də bu ruhda tərbiyə etməliyik. Çünki biz bir millətin övladlarıyiq və sevincimiz, kədərimiz də ortaq olmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm