Nida.az
Əlixan Musayev əri Suriyada ölən qadına cavab verdi
Suriyada öldürülən 34 yaşlı azərbaycanlı Soltan Mirzəyevin xanımı
Mətanət Mirzəyeva mediaya müsahibəsində ilginc adlar açıqlayıb. O,
həyat yoldaşının Suriyaya gedərkən cibində 5 manat pulunun
olduğunu, yoldaşları tərəfindən aparıldığını bildirib: “Deyirdi ki,
Türkiyədə qardaşların ferması var, ora işləməyə gedir. İşləyib bizə
pul göndərəcək. Sonra isə dedi ki, əgər qayıtmasam, uşaqlarıma de
ki, ən böyük Allahdır. Onda şübhələndim ki, o Suriyaya gedir. Amma
boynuna almadı. Gedəndə cibində 5 manat pulu var idi. Saqqallı
olduğu üçün Azərbaycan gömrüyündən onu buraxmadılar. Geri qayıtdı
və bir həftədən sonra təyyarə ilə Türkiyəyə uçdu. Ordan da Suriyaya
keçib. Orda 4 ay təlim keçdikdən sonra döyüşlərə buraxılıb”.
M. Mirzəyeva qeyd edib ki, həyat yoldaşı kafel-metlax işində
çalışırmış, vəhhabilərlə də orda tanış olub.
“Sonra məscidə getməyə başladı. Əfqanıstanda döyüşənlərin videosunu
telefonuna yükləmişdi. Əvvəl Qamət (Əbu-Bəkr məscidinin şeyxi Qəmtə
Süleymanov-red) adlı biri var idi, onun dərslərinə gedirdi. Elə bir
ilk məktəb kimi idi. Amma orda pis heç nə öyrətmirdilər, hədirslər
öyrədilirdi. Sonra Əlixan Musayev adından biri çıxdı. Sonra Əbuzər
ləqəbində biri çıxdı. Əlixan Musayevin tərcümə olunmuş kitablarını
oxumağa başladı. Onun kitablarını gətirmişdi evə, onları
oxuyurdu”.
M. Mirzəyeva qeyd edib ki, araşdırmaq lazımdır ki, bu qədər
dükanlar, yeməkxanalar açıqlar, bunun pulları hardandır:
“Qaraçuxur, Qala məscidinə toplaşırlar. Qaməti, Əlixanı, Əbuzəri
araşdırsınlar”.
Soltan Mirzəyev 2013-cü ilin avqustundan Suriyada gedən döyüşlərə qatılıb. O, 3 yanvarda döyüşlərdə həlak olub.Əlixan Musayev isə Publika.Az –a açıqlamasında bunu təkzib edib. Bildirib ki, o, heç kimi Suriyaya getmək, yaxud bu kimi məsələlərə sövq etməyib: “Kimsə gəlib nəsə deyəcəksə bu o demək deyil ki, belədir. Araşdırsınlar, hər şeyi ortaya çıxarsınlar. Bunun mənə aidiyyəti yoxdur. Mən sizin də saytınıza müsahibə vermişəm, bildirmişəm ki, bu işlərə mənim əlaqəm yoxdur”. O, deyilənləri təkzib edib. Bildirib ki, onun heç bir kitabında radikallıq qəbul edilməyib.
Qeyd edək ki, Ə. Musayev Publika.Az saytına müsahibəsində (http://publika.az/p/1372 ) bildirmişdi ki, ona qarşı yanlış ittihamlar səsləndirilir. Belə ki, onun 2003-cü ildə Çeçenistana, 2008-ci ildə Əfqanstana, indi də Suriyaya adam göndərdiyi deyilir.
“2008-ci ildən başladılar ki, Əlixan Musayev xəvaricdir və İraqa
adam göndərir. Hətta Əbu-Bəkr məscidinin partladılmasında əli var
guya indi də Suriyaya adam göndərirəm. Mən başa düşə bilmirəm ki,
necə olur bunlar mənim bu cinayət xarakterli fəaliyyətimi bildi,
amma dövlət bilmədi?! Bu necə ola bilər? Bu böhtanların heç birində
mən bunlara cavab verməmişəm, ancaq səbr etmişəm. Amma artıq bu
səbr kasası dolub.
Əsl xəvaric o kəslərdir ki, ölkə başçısının qanını halal sayır, Əli
ibn Əbu Talibi, Osman ibn Əfvanı kafir sayır və s... Amma məncə əsl
xəvaric yoxdur. Azərbaycanda olan radikal fikirli insanlara ya
hizbçi (yəni qruplaşma) deyilir, ya da deyirsən təkfirçi. Bunlar da
böyük günah sahiblərini kafir sayırlar. Lakin bunu da mən və ya
Mübariz Qarayev heç vaxt deməmişik, bizim əqidəmiz buna yol vermir
və biz 13 il bunun əksinə fəaliyyət aparmışıq”-deyə o qeyd
etmişdi.
Asif
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin