Nida.az
20 Yanvar faciəsi ilə bağlı tədbirlər planı təsdiq edilib
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib.
Publika.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sənəddə
respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və
təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı toplantı, konfrans və
mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş
tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayiş
etdirilməsi, bu tədbirlərin kütləvi informasiya vasitələrində geniş
işıqlandırılması, dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək
məqsədi ilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri,
diplomatik nümayəndəlikləri və diaspor qurumları tərəfindən müvafiq
tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya
vasitələrində, eləcə də televiziya kanallarında və internet
şəbəkələrində 20 Yanvar faciəsi barədə materialların verilməsi
nəzərdə tutulub.
Tədbirlər planına əsasən, 20 Yanvar hadisələri zamanı şəhid
olanların ailələrinə humanitar yardım veriləcək, Şəhidlər xiyabanı
ərazisində lazımi işlər aparılacaq, Azərbaycanda təmsil olunan əsas
dini konfessiya və qurumlar tərəfindən faciə qurbanlarının
xatirəsinə dini mərasimlər təşkil ediləcək.
Bundan başqa, sənəddə paytaxt ictimaiyyətinin yanvarın 20-də
Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12.00-da bütün ölkə
ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad
edilməsi, gəmilər, avtomobillər və qatarlar vasitəsilə səs
siqnallarının verilməsi, gün ərzində Şəhidlər xiyabanında matəm
musiqisinin səsləndirilməsi, respublikanın şəhər və rayonlarında,
kənd və qəsəbələrində hüzn əlaməti olaraq dövlət bayraqlarının
endirilməsi və digər tədbirlər nəzərdə tutulub.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!