• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

"Mən Dubayda gedib necə ucuz avtomobil tapa bilərəm?" - AÇIQLAMA

  • Nida.az
  • 13 Fevral 2014 17:58
  • 2 471 Baxış
"Mən Dubayda gedib necə ucuz avtomobil tapa bilərəm?" - AÇIQLAMA

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı (Həsənova) deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov haqqında saytlarda araşdırma materialın dərc olunmasına münasibət bildirib.

YAP-çı deputat M.Həsənova Publika.Az-a açıqlamasında söyləyib ki, bəzi hallarda media normanı və həddi aşır. Onun sözlərinə görə, bəzi hallarda jurnalistlər həddindən çox demokratiya və söz azadlığı istəyirlər: “Tutalım ki, mən Dubaya getmişəm. Halbuki Dubaya Azərbaycanın ən sadə vətəndaşlarının da getməyə imkanı var. Misal üçün, mən Dubaya istirahətə getmişəm. Dubayda isə istifadə olunan avtomobillər ən bahalı maşınlardır. İndi mən Dubayda gedib necə ucuz avtomobil tapa bilərəm? Bu cür yanaşma çox gülüncür. Hərdən bəzi jurnalistlər Kominist, Bolşevik, Sosialist təfəkkürü ilə danışırlar. Doğrudur, mən Dubayda istirahətdə olmamışam, ancaq eşitdiyimə görə Dubayda dünyanın ən gözəl hotelləri və ən bahalı avtomobilləri mövcuddur. İndi kimsə Azərbaycandan Dubaya gedəndə ucuz avtomobildə gəzməlidir ki, birdən kimsə bunu görər və deyər ki, filankəs bahalı maşında gəzir? Bilirsiz, bu cür yanaşma gülməlidir.

Digər tərəfdən isə siyasətçi öz ailəsi və üzvləri ilə hardasa istirahət edirsə, bunu ictimailəşdirmək onun ailəsinə müdaxilədir. Bu, Azərbaycan xalqının fundamental dəyərlərini də baltalamaqdır. Əgər bir siyasətçi qeyri-normal hərəkətlərə yol verirsə, bunu ictimailəşdirmək olar. Ancaq burada onun övladından söhbət gedir. Övladı gedib xaricdə istirahət etdiyi zaman bahalı avtomobildə fotolar çəkdirib paylaşırsa, burada qeyri-normal nə var? Hesab edirəm ki, bunu ictimailləşdirmək eyibdir, bu. bolşeviklərdən qalma yanaşmadır”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR