Nida.az
Prezident və xanımı “Boeing-787-8” sərnişin təyyarəsinə baxış keçiriblər - FOTO
Yanvarın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
və xanımı Mehriban Əliyeva Heydər Əliyev Beynəlxalq Aeroportunda
“Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinə məxsus
yeni gətirilmiş “Boeing-787-8” Dreamliner sərnişin təyyarəsinə
baxıblar.
Publika.az-ın "AzərTAc"a istinadən məlumatına görə, “AZAL” Qapalı
Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov dövlətimizin
başçısına yeni təyyarə barədə məlumat verdi.
“Boeing-787-8” Dreamliner ən müasir tipli hava gəmilərindəndir. Son
texniki nailiyyətləri özündə birləşdirən “Arzular layneri” daha
uzaq məsafələrə uçuşlar həyata keçirməyə imkan yaradır. Ən yeni
texnologiyaların tətbiq edilməsi nəticəsində isə təyyarədə yüksək
mənfəətli istismar, yanacağa qənaət və sərnişinlər üçün rahat
şərait var. Bu təyyarə həm texniki, həm də xidmət cəhətdən digər
hava gəmilərindən fərqlənir. Onun çəkisi analoji təyyarələrlə
müqayisədə daha yüngüldür. Buna baxmayaraq, uçuş məsafəsi və
yükqaldırma imkanı digərlərindən çoxdur və 20 faiz az yanacaq sərf
edir. Geniş gövdəli bu təyyarə 210 sərnişin tutumuna malikdir.
Fasiləsiz 15 saat uçuş yerinə yetirən bu layner birbaşa 15 min 700
kilometr məsafə qət edə bilir. Dreamliner bu göstəricilərə görə
hazırkı sərnişin təyyarələri arasında liderdir. Laynerin sərnişin
salonunda üç növ oturacaq və onlara uyğun fərqli xidmət sinifləri
mövcuddur. Təyyarənin bütün aeronaviqasiya və sərnişin salonunun
audio-video sistemləri ən son texnoloji yeniliklər əsasında tərtib
olunub. Bu təyyarə ilə ilk mərhələdə Bakıdan Pekinə, Londona və
Avropanın digər şəhərlərinə uçuşlar yerinə yetiriləcək. Bu ilin yay
mövsümündən isə hava gəmilərinin Nyu-York və yeni açılacaq hava
xətlərində istismarı gözlənilir.
Belə hava layneri MDB məkanında və bir sıra Şərq ölkələri arasında
ilk dəfə Azərbaycana gətirilib. Son illərdə digər sahələrdə olduğu
kimi, mülki aviasiya sahəsində də uğurlu inkişaf mərhələsi yaşanır.
Bu inkişaf özünü həm yeni aerovağzal komplekslərinin inşasında, həm
də yeni müasir hava gəmilərinin alınmasında daha aydın göstərir. Bu
baxımdan “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin
aviaparkının ən müasir “Boeing-787-8” Dreamliner sərnişin
təyyarələri ilə gücləndirilməsi də mühüm əhəmiyyət kəsb edir.
“Azərbaycan Hava Yolları”nın və ümumilikdə, Azərbaycan mülki
aviasiyasının nailiyyətləri Prezident İlham Əliyevin bu sahəyə
birbaşa göstərdiyi diqqət və qayğının nəticəsidir.
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO