• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Nazirlik: Azərbaycan torpaqlarının işğaldan azad olunmasına ciddi hazırlaşır

  • Nida.az
  • 3 Yanvar 2015 13:50
  • 535 Baxış
Nazirlik: Azərbaycan torpaqlarının işğaldan azad olunmasına ciddi hazırlaşır

Ermənistanın elektron kütləvi informasiya vasitələrinin guya Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə təxribat törətməsi və bunun nəticəsində itki verməsi barədə yaydığı məlumatlar yalan və uydurmadır.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, təchizatsız, ağır və dözülməz şəraitdə, soyuq səngərdə qorxu və səksəkə içində olan erməni əsgərindən tutmuş hərbi rəhbərliyinə kimi hamının gözünə hər yerdə Azərbaycan "diversantı" görünür. Erməni silahlı qruplaşmalarının daxili çəkişmələri və aralarındakı ziddiyətlər nəticəsində bir-birini gülləbaran etdikdən sonra hər dəfə Azərbaycan tərəfini günahkar çıxarması artıq adət halını alıb.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni il bayramlarını qeyd etməklə bərabər Azərbaycan torpaqlarının işğaldan azad olunmasına ciddi hazırlaşır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR