Qubad İbadoğlu ADR-in təsis yığıncağına hazırlaşır
Bizi izləyin

Nida.az

Qubad İbadoğlu ADR-in təsis yığıncağına hazırlaşır

Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatı təsis toplantısına hazırlaşır.


Bu barədə Publika.az-a hərəkatın üzvü Hüseyn Məlik məlumat verib. Onun sözlərinə görə, Təşkilat Komitəsində təsis yığıncağının tezliklə keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub: “Əsasnaməyə uyğun olaraq Azərbaycanın rayonlarında təşəbbüs qruplarının yaradılması qərarına gəldik. Yanvarın sonu, fevralın əvvəlinədək ADR-in təsis yığıncağı keçiriləcək”.

H. Məlik ADR-in Salyan rayonunda Təşəbbüs Qrupunun yaradılmasına da aydınlıq gətirib.


“Salyan rayonundakı nümayəndələrimizlə danışdıq. Məhz o rayon hazır olduğu üçün orada yaratdıq. Ötən həftənin 5-ci günü Səbail rayonunda da yaradıldı. Bu həftə isə Sabunçuda yaranacaq. Yanvar ayı ərzində minimum 50 rayonda Təşəbbüs Qrupunun yaradılmasını qarşıya məqsəd qoymuşuq. İşimizi həddən artıq sürətləndirmək niyyətindəyik”, - deyə H. Məlik bildirib.

Qubad İbadoğlu isə “facebook” səhifəsində maksimum iki aya ADR-in təsis yığıncağının keçiriləcəyini açıqlayıb.


“Azərbaycan Demokratik Rifah (ADR) hərəkatının rayonda fəaliyyət göstərəcək ilk təşəbbüs qrupu Salyanda təsis olundu. Bu məqsədlə rayona Təşkilat Komitəsinin üzvü olaraq Ellada Məmmədli və mən ezam olunmuşdum, yerli fəallar tərəfindən təşkil olunan və saatlarla davam edən müzakirələrimiz səmimi, faydalı keçdi. Fəaliyyətimiz davam edir, yaxın dövr üçün hədəfimiz ölkənin ən azı üçdə birini əhatə edəcək rayonlarda təşəbbüs qrupu yaratmaq və 1-2 ay ərzində ADR-in təsis yığıncağını təşkil etməkdir”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm