• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Siyavuş Novruzov: “İctimaiyyət Qərbin təzyiqlərinə hazır olmalıdır” – XƏBƏRDARLIQ

  • Nida.az
  • 5 Yanvar 2015 15:54
  • 522 Baxış
Siyavuş Novruzov: “İctimaiyyət Qərbin təzyiqlərinə hazır olmalıdır” – XƏBƏRDARLIQ

“Bəzi dairələr I Avropa Olimpiya Oyunları ərəfəsində dünyanın diqqətinin Azərbaycanda olmasından istifadə edərək bizə qarşı təzyiqlər edəcək. İctimaiyyət bunu indidən bilməlidir”.


Bunu Publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, parlamentin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Siyavuş Novruzov “Freedom House”un sabiq prezidenti, Vaşinqtondakı MakKeyn institutunun baş direktoru David Kramerin Barak Obamanı Bakıya qarşı sanksiyalara çağırması, eləcə də Avropa Olimpiya Oyunlarının boykot edilməsi haqda fikirlərinə münasibət bildirərkən deyib.


S. Novruzov Kramerin erməni lobbisinə bağlı olduğunu deyib: “Azərbaycanda Avropa Oyunlarının keçirilməsi ölkəmizin dünyada olan nüfuzunun, sabitliyinin, təşkilatçılıq qabiliyyətinin göstəricisidir. Müxtəlif qüvvələr, dairələr bundan narahatçılıq keçirirlər. Xüsusilə erməni lobbisinə xidmət edən təşkilatlar, qurumlar və şəxslər öz narahatlığını açıq şəkildə bildirərlər. Ona görə də ölkəmizə qarşı bu cür ittihamların, fikirlərin bundan sonra daha çox səslənəcəyini bilməliyik. Öz təhlükəsizliyi maraqlarından çıxış edən ABŞ bütün fundamental dəyərləri tapdalayır. Belə təzyiqlərlə onlar öz agentlərinin qeyri-qanuni fəaliyyətini ört-basdır etmək istəyirlər. Bütün ictimaiyyət bu cür qərəzli fikirlərə, ittihamlara hazır olmalı, təzyiqlərin ediləcəyini indidən bilməlidir”.


YAP rəsmisi Azərbaycanın geri çəkilməyəcəyini açıqlayıb.


“Ortaya atılan fikirlər mənasızdır. Biz bunların erməni lobbisindən qaynaqlandığını yaxşı bilirik. Məqsəd Azərbaycanda erməni kəşfiyyatına işləyən, təhlükəsizliklə bağlı məlumatlar və dövlət sirlərini düşmən ölkəyə ötürənlərin azadlığa çıxmasını təmin etməkdir. Eyni zamanda, vergidən yayınanları, qrantlar alıb başqa məqsədlərə xidmət edənləri qorumağa çalışırlar. Lakin Azərbaycan dövlətçilik maraqlarını heç nəyə güzəştə getməyəcək”, - deyə S. Novruzov vurğulayıb.


Qeyd edək ki, Kramer Obama administrasiyasının Azərbaycana qarşı iki vacib addım atmalı olduğunu təklif edib.


Birincisi, Maqnitski işindən sonra Rusiya rəsmilərinə qarşı yönələn sanksiyalara bənzər addımların Bakıya da tətbiq olunmasıdır.

İkincisi isə, Azərbaycanda keçiriləcək Avropa Oyunlarının boykot edilməsi haqda təşəbbüs irəli sürmək, Avropa liderlərini Soçi Olimpiadasında olduğu kimi, açılış mərasimində iştirakdan imtina etməyə çağırmaqdır.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR