YAP parlament seçkiləri ilə bağlı plan hazırlayır
Bizi izləyin

Nida.az

YAP parlament seçkiləri ilə bağlı plan hazırlayır

“Parlament seçkiləri həm dövlətimiz, həm də partiyamız üçün vacibdir. Bu baxımdan, seçkilərlə bağlı planımızı hazırlayırıq”.


Bu barədə Publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov 2015-ci il parlament seçkiləri ilə bağlı bildirib.


Onun sözlərinə görə, YAP-ın İdarə Heyətinin növbəti iclaslarının birində bu plan təsdiq olunacaq: “Plan təsdiq olunandan sonra isə parlament seçkilərinə hazırlığa başlayacağıq. Seçkiyə 8 aya qədər vaxt qalıb. Biz öz gücümüzə inanırıq. Lakin həmişə olduğu kimi bu seçkiyə də ciddi şəkildə hazırlaşacağıq”.


S. Novruzov həmçinin bələdiyyə seçkiləri ilə bağlı partiyanın öz daxilində hesabatların veriləcəyini də bildirib: “Seçkilərdə zəif və güclü tərəflərimizi analiz edəcəyik, bundan nəticələr çıxararaq gələcək fəaliyyətimizi quracağıq. Eləcə də ötən il partiyanın ümumi fəaliyyəti də qiymətləndiriləcək. Nəzərə alsaq ki, bu il parlament seçkiləri gəlir, fəaliyyətimiz seçki olmayan illərdən fərqlənəcək”.


YAP rəsmisi digər siyasi partiyaların seçkidə iştirakı məsələsinə də münasibət bildirib.


“Ölkədə parlament seçkilərinə maraq böyükdür. O cümlədən siyasi partiyalar bu seçkidə aktiv olmağa, qanunverici orqana mandat əldə etməyə çalışacaq. Burda dövlət büdcəsindən partiyalara ayrılan vəsaitdən də söhbət gedir. Hər bir partiya parlamentdə qazandığı yerlərin sayına görə maliyyələşir”, - deyə S. Novruzov bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm