YAP-ın parlamentdə daha bir mandatı ləğv olunacaq
Bizi izləyin

Nida.az

YAP-ın parlamentdə daha bir mandatı ləğv olunacaq

Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisdə daha bir mandatı ləğv olunacaq.


Publika.az xəbər verir ki, YAP-ın xarici əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının (PA) baş katibi seçildiyi üçün Azərbaycan parlamentindəki mandatını təhvil verəcək. Eyni anda iki mandat daşımağa Azərbaycan qanunvericiliyi imkan vermir.

Konstitusiyasının 89-cu maddəsinə görə, millət vəkili dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda deputat səlahiyyətlərini itirir.
Asəf Hacıyev QDİƏT-in baş ofisinin yerləşdiyi İstanbula köçəcək. O, qarşıdakı 3 il ərzində təşkilatın baş katibi vəzifəsini icra edəcək.


Qeyd edək ki, ötən il Əli Əhmədov baş nazirin birinci müavini təyin olunandan sonra mandatı ləğv olunmuşdu. Bu il isə Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin ediləndən sonra mandatı təhvil verib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm