Nida.az
Hikmət Hacıyev: "Ermənistan KİV-i xəbərləri təhrif edir"
“Bir çox hallarda Ermənistan kütləvi informasiya vasitələrində xəbərlər təhrif olunur, xüsusilə də ümumi kontekstdən çıxarılmış formada təqdim edilir”.
Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Uruqvay xarici işlər naziri Luis Almagronun Dağlıq Qarabağın "müstəqilliyinin" tanınmasına çağırış etməsi barədə Ermənistan mətbuatının yaydığı məlumata münasibət bildirərkən deyib.
H.Hacıyev qeyd edib ki, Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycanın Uruqvaydakı diplomatik missiyası bu məsələni Uruqvay XİN-lə araşdıracaq: “Bir çox hallarda “asbarez.com” kimi erməni kütləvi informasiya vasitələrində belə xəbərlər təhrif olunur, xüsusilə də ümumi kontekstdən çıxarılmış formada təqdim edilir. Xatırladaq ki, Uruqvay Şərq Respublikasının vitse-prezidenti və Senatının sədri Danilo Astorinin bu yaxınlarda Ermənistanda səfərdə olarkən söylədiyi fikirləri də təhrif olunmuşdu”.
XİN rəsmisi əlavə edib ki, Danilo Astorinin söylədiyi iddia olunan fikirləri aydınlaşdırarkən Uruqvay Xarici İşlər Nazirliyi həmin şəxsin özünə istinadən bildirib ki, bu məlumat həqiqətəuyğun deyil, onun tərəfindən belə fikirlər səsləndirilməyib və Uruqvayın rəsmi mövqeyi münaqişə tərəflərinin maraqlarını nəzərə alaraq, münaqişənin dialoq, danışıqlar və sülh yolu ilə həllini dəstəkləməkdən ibarətdir.
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...