II Qarabağ müharibəsinə kimlər zəmin yaradır? - İşğal altındakı ərazilərimiz FOTOLARDA
Bizi izləyin

Nida.az

II Qarabağ müharibəsinə kimlər zəmin yaradır? - İşğal altındakı ərazilərimiz FOTOLARDA

Erməni hərbi birləşmələri 2015-ci ilin ilk günlərindən yenidən Azərbaycan kəndlərini gülləbarana tutdu. Bu, bayram günlərində xoşagəlməz hal olsa da, artıq uzun illərdir ki, cəbhə bölgəsində atəşkəsin tez-tez pozulması təbii hala çevrilib.


Publika.az xəbər verir ki, Rusiyanın “Vestik Kafkaz” nəşri bayram günlərində cəbhədə pozulan atəşkəs və erməni tərəfinin təxribatları haqda yazıb:


“Güllələr hətta Dağlıq Qarabağ zonasından bir qədər aralı olan Qazax rayonunun sərhəddə yerləşən kəndlərində də görünürdü. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalından sonra cəbhədə atəşkəsin pozulması adi hala çevrilib. Erməni hərbi birləşmələri əvvəlcə sadəcə avtomatlardan istifadə edirdi. Zirehli texnikanın işə salınması, adətən, nadir hallarda gözə dəyirdi. Lakin son vaxtlar Ermənistan mina və qumbaraatanlardan mülki şəxslərə məxsus evləri, obyektləri atəşə tutur.


Sirr deyil ki, Ermənistanın iqtidarda olan “müharibə partiyası” bu təxribatları həm daxili ictimaiyyətə yönəldir, həm də danışıqlar prosesini pozmaq üçün istifadə edir. Çünki onlar üçün status-kvonun qorunub saxlanılması vacibdir. Burda diqqətçəkən məqamlardan biri də İrəvanın daim Azərbaycanı təxribat törətməkdə ittiham etməsidir. Bu, bir növ onların öz təxribatlarını həm daxili, həm də beynəlxalq auditoriya qarşısında sığortalamağa hesablanıb.

Güman ki, İrəvan son hadisələrlə bağlı siyasi bəyanatlar verməklə kifayətlənəcək. Çünki ona Azərbaycanla sərhəddə beynəlxalq müşahidəçilərin cəlb edilməsi sərf etmir. Təsadüfi deyil ki, Rusiya qoşunları Ermənistanın Türkiyə və İranla sərhədlərini qoruyur, lakin Azərbaycanla sərhəddə rus əsgəri yoxdur. İrəvan rejimi də bu sərhəddə təxribatların arsenalını yetişdirir. Lakin yaxın müddətdə onların Bişkek protokolunu pozduqları ilə bağlı məsələ ortaya çıxacaq.


Ən maraqlısı isə beynəlxalq ictimaiyyətin yeni ilin ilk günlərindən Azərbaycan-Ermənistan sərhədində görünən ermənilərə məxsus texnika və törədilən təxribatlarla bağlı susmasıdır. Təkcə Minsk qrupunun amerikalı həmsədri “Twitter” hesabında 2015-ci ilin sülh ili olacağına dair ümidlərinin olduğunu yazdı. Onun ardınca Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psakinmin dili ilə Vaşinqton öz narahatlığını ifadə etdi.


“Biz son günlər Dağlıq Qarabağda atəşkəs rejiminin pozulması, eləcə də zərərçəkənlər barədə məlumatlardan narahatıq. ABŞ əvvəlki kimi Azərbaycan və Ermənistanı problemin ATƏT-in Minsk qrupunun himayəsi altında sülh yolu ilə həllinə çağırır. Biz hər iki tərəfi regionda sülhə gətirəcək danışıqlar prosesində iştiraka çağırırıq. Bu məsələ əvvəlki kimi diqqət mərkəzimizdədir”, - deyə Ağ Ev bundan artıq söz deməyə lüzum görmədi.

Lakin ABŞ baş verən bütün bu hadisələrdə kimin günahkar olduğunu dilə gətirmir. Halbuki, bunun üçün o qədər də “iti gözə” malik olmaq lazım deyil. Sadəcə diqqətlə baxmalısan, o zaman, Ermənistan tərəfinin təxribatlarını aydın şəkildə görə bilərsən”.


Sayt qeyd edir ki, Dağlıq Qarabağ ətrafında yaşananlara beynəlxalq reaksiyanın yoxluğu təkcə nizama salma prosesini ləngitmir, eyni zamanda, işğalçıların təcavüzünə və fitnəkar siyasətinə yol açır. Bu isə yeni müharibəni yaxınlaşdırır. Hərçənd, bu müharibəni beynəlxalq ictimaiyyətin özü də arzulamır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm