Nida.az
XİN Dövlət Departamentinin sözçüsünün Qarabağ şərhinə cavab verdi
“Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin işğalının davam etdirilməsi və işğal olunmuş Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğu regional sülh və sabitlik üçün ən başlıca təhlükədir”.
Publika.az xəbər verir ki, bu barədə XİN-in
mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ Dövlət
Departamentinin sözçüsü Jen Psakinin cəbhə xəttində yaranmış
gərginlik ilə əlaqədar söylədiklərini şərh edərkən deyib.
XİN sözçüsü bildirib ki, ABŞ Dövlət Departamentinin sözçüsü
tərəfindən də deyildiyi kimi tərəflər sülh saziş üzrə danışıqlarda
iştirak etməlidirlər: “Amma təəssüf ki, Ermənistan təxribatçı
əməlləri ilə hər vəchlə Böyük sülh sazişi üzrə işə başlamağa mane
olmaq siyasəti yürüdür. Cəbhəboyu zonada yaranan son gərginlik də
bunun daha bir bariz nümunəsidir”.
H. Hacıyev Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazisindən
çıxarılmasının vacibliyini bir daha vurğulayıb.
“ABŞ Dövlət Departamentinin sözçüsü tərəfindən qoşunların təmas
xəttində və Ermənistan-Azərbaycan sərhədində baş verən
insidentlərin qarşısının alınmasına da eyham olunur. Azərbaycan
tərəfindən dəfələrlə bildirilib ki, bu kimi insidentlərin baş
verməsinin qarşısının alınması və ümumiyyətlə, münaqişənin sülh
yolu ilə həlli üçün ilk növbədə Ermənistanın işğalçı silahlı
qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır”, -
deyə XİN sözçüsü qeyd edib.
Qeyd edək ki, C. Psaki ABŞ Dövlət Departamentinin Dağlıq Qarabağ
münaqişəsi zonasında atəşkəs rejiminin pozulması hallarının
artmasından narahat olduğunu dilə gətirib.
“Dağlıq Qarabağda atəşkəsin pozulması bizi narahat edir. ABŞ əvvəlki kimi münaqişənin danışıqlar yolu ilə Minsk qrupu çərçivəsində həllinin tərəfdarıdır. Biz Azərbaycan və Ermənistanı regionda sülhə gətirəcək danışıqlarda iştirak etməyə çağırırıq”, - deyə o bildirib.
Asif Nərimanlı
-
Sosial22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin222:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI