Nida.az
BBC Dağlıq Qarabağ münaqişəsi haqqında süjet yayımlayıb - VİDEO
BBC beynəlxalq media şirkəti Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında videoreportaj
yayımlayıb.
Publika.az Trend-ə istinadən xəbər verir ki,
süjetdə münaqişə zonasında yaşayan Azərbaycan ailəsi göstərilib.
Ailə başçısı danışır ki, onun bütün ailə üzvləri bir kiçik otaqda
yerləşməyə məcburdurlar, çünki ev ermənilər tərəfindən daim atəşə
tutulduğundan ikinci mərtəbəyə qalxmaq təhlükəlidir.
Materialda deyilir ki, qoşunların təmas xətti boyunca bir çox
kəndlərin sakinlərinin evləri daim düşmən atəşinə məruz
qalır.
BBC həmçinin bildirir ki, keçən əsrin 90-cı illərinin əvvəlində
Qarabağ müharibəsi zamanı 30 min insan öldürülüb. Habelə qeyd
edilir ki, Ermənistanla müharibə nəticəsində Azərbaycanın Dağlıq
Qarabağ bölgəsi və ona bitişik yeddi rayon işğal edilib, yüz
minlərlə insan məcburi köçkünə çevrilib.
Süjetdə deyilir ki, aşağı sinif şagirdləri də Ermənistan
tərəfindən işğal edilmiş bütün rayonların adlarını əzbər bilirlər
və torpaqların mütləq sülh və ya müharibə yolu ilə qaytarılacağına
inanırlar.
Bildirilir ki, 1994-cü ildə atəşkəs haqqında sazişin imzalandığı
vaxtdan münaqişənin nizamlanmasında çox az irəliləyiş əldə olunub.
Eləcə də qeyd edilir ki, dünyada bu münaqişənin "dondurulmuş"
adlandırılmasına baxmayaraq, qoşunların təmas xəttində yaşayan
minlərlə insan üçün heç də belə deyil və onlar üçün atəş altında
həyat gündəlik reallıqdır. BBC bildirir ki, son bir il ərzində
münaqişə zonasında, xüsusilə Azərbaycan tərəfinin Dağlıq Qarabağ
üzərində Ermənistan hərbi helikopterini vurub saldığı dövrdə
gərginlik artıb.
Azərbaycan XİN-nn mətbuat xidmətinin rəhbəri səlahiyyətlərinin
icraçısı Hikmət Hacıyev BBC-yə müsahibəsində ermənilərə məxsus
helikopterin Azərbaycan qoşunlarına hücum etməsi və ona görə də
vurulub salınması barədə danışıb. O qeyd edib ki, Ermənistan daim
Azərbaycana qarşı təxribatlar törədir və bu hərəkətlərdə məqsəd
danışıqlar prosesinin pozmaqdır.
Materialda eləcə də qeyd edilir ki, Azərbaycan öz hərbi gücünü artırmaq üçün milyardlarla dollar xərcləyir.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...