Nida.az
Səxavət Əlisoy: “Müsavat Arif Hacılı üçün yumurta sexidir” - İTTİHAM
“Mərkəzi İcra Aparatı vəzifəsini Arif Hacılının ölçülərinə görə biçmişdilər. Lakin nizamnamədə belə bir vəzifə yoxdur”.
Bu barədə Publika.az-a açıqlamasında Müsavat
başqanlığına keçmiş namizəd, Arif Hacılının legitimliyini qəbul
etmədiyi üçün partiyadan çıxarılan Səxavət Əlisoy Gülağa Aslanlının
icra aparatının rəhbəri təyin olunmasına münasibət bildirərkən
deyib.
Onun sözlərinə görə, Arif Hacılı ən azı nizamnamədə olmayan qurumu
ləğv etməliydi: “Amma onun zehniyyətində demokratiyadan əsər-əlamət
yoxdur. Arif Hacılı heç vaxt o qurumun başına müstəqil fikir sahibi
olan adamı gətirə bilməz. Partiya yolunda fədakarlıq etmiş, xüsusi
əməyi olan özəl fikir sahibi Tural Abbaslını gətirə bilərdi. Tural
Abbaslı başqanlığa namizəd idi, gənclərə olan münasibətdən
narazılığı var. Tural Abbaslının təyinatı olsaydı, düşünmək olardı
ki, Arif Hacılı partiya daxilində narazılıqları səngitmək üçün bu
addımı atır. Arif Hacılını tanıyan şəxs kimi deyə bilərəm ki, bu
adam heç vaxt özünə biət etməyəni vəzifəyə təyin etməz. Onun
yanında olan adamların içərisində azad fikir sahibi yoxdur.
Əksəriyyəti Hacılını tutuquşu kimi təkrarlayırlar, yaxud
sidq-ürəkdən Arif Hacılıya aşiqdirlər”.
S. Əlisoy Mərkəzi İcra Aparatının sədri postunun ləğv olunmasının
vacibliyini bildirib.
“O posta hətta Yaşar Türkazəri də qoysalar, əhəmiyyəti olmayacaq.
Gülağa Aslanlı sədaqət prinsipinə görə o postu qazanıb. Düşünürdüm
ki, Arif Hacılı onu özünə baş köməkçi qoyacaq. Ancaq bir az
dərindən fikirləşəndə elə Mərkəzi İcra Aparatının rəhbəri partiya
başqanının baş köməkçisi sayılır. Gülağa baş köməkçi rolunu çox
professionalcasına idarə edir. Mediada şəkilləri də yayılıb. Hacılı
başqa partiya sədrinin siqaretini yandırır, Gülağa Aslanlı da çətir
tutur. Yəqin Hacılı maşınından enəndə onun qapısını açanlara da
vəzifə veriləcək. Hacılı zehniyyətində Müsavat Partiyası kiçik
MMC-dir, yumurta sexidir. Bu səbəbdən nizamnamədən kənar post
yaradıb öz aşiqlərini də o postlara qoyur ki, ətrafı boş qalmasın”,
- deyə o bildirib.
Asif Nərimanlı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ24 Aprel 19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika24 Aprel 18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ