Nida.az
Məzahir Pənahov: “Seçkiyə kölgə salmaq niyyəti hiss olunur”
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Publika.az xəbər verir ki, iclasda çıxış edən MSK
sədri Məzahir Pənahov 23 dekabr bələdiyyə seçkilərində bəzi qanun
pozuntuları haqda səslənən fikirlərə münasibət bildirib: “71 saylı
Masallı kənd Seçki Dairəsində hansısa maraqlı qüvvənin dekabrın
23-də keçirilən bələdiyyə seçkilərinin demokratikliyinə kölgə
salmaq niyyəti hiss olunur”.
MSK sədrinin sözlərinə görə, dünyanın heç bir yerində hər şey ideal
deyil və seçkilərdə heç bir qanun pozuntusu olmadığının iddia
edilməsini düzgün saymır: “Ola bilməz ki, məntəqədə 10 saat
səsvermə getsin, hansısa xoşagəlməz hal olmasın. Səsvermə zamanı
hansısa pozuntuların baş verməsindən kimsə sığortalanmayıb, seçkidə
milyonlarla insan iştirak edir. Məntəqədə kimsə birini itələyib
qabağa keçə, məntəqə sədri də onu buraxa bilər. Ancaq bunların
səsvermənin nəticəsinə təsiri yoxdur. Masallıdan gələn şikayətlərdə
isə iddia edirlər ki, səslər sayılmadı. Çox maraqlı iddialar var.
Hiss olunur ki, şikayət edən insanların özləri bu şikayətlərdə
maraqlı deyil. O məsələdə marağı olan o dərəcədə sadəlövh fikirlər
bildirməz. Ona görə də belə təəssürat yaranır ki, o insanlardan
istifadə olunub. Onlara sonradan müraciət edəndə məlum olub ki,
çoxları etdikləri şikayətlərin məzmununu yada sala bilmir. Ona görə
də Masallıda nə isə bir əl hiss olunur”.
MSK sədri 75 saylı Lənkəran-Masallı Dairə Seçki Komissiyasının
seçkidən öncə namizədlərin qeydiyyatı ilə bağlı fəaliyyətinin
yarıtmaz olduğunu da qeyd edib.
İclasda 82 saylı Ağcabədi Seçki Dairəsində Şirnik bələdiyyəsi üzrə
16 və 17 saylı seçki məntəqələrində iddia edilən qanun pozuntuları
ilə bağlı daxil olan müraciətlərin baxılması üçün müvafiq Dairə
Seçki Komissiyalarına (DSK) göndərilməsi barədə qərarlar qəbul
edilib.
27 Sabunçu İkinci Seçki Dairəsində Kürdəxanı və Pirşağı
bələdiyyələri, 64 saylı Sabirabad İkinci Seçki Dairəsində Nizami
bələdiyyəsi, 75 saylı Lənkəran-Masallı Seçki Dairəsində Mahmudavar
bələdiyyəsi, 55 saylı Xaçmaz Seçki Dairəsində Qaradağ-buduq kənd
bələdiyyəsi, 70 saylı Masalı şəhər Seçki Dairəsi üzrə Çaxırlı
bələdiyyəsi üzrə müraciətlərdə iddia edilən qanun pozuntuları
əsassız sayılıb.
MSK 71 saylı Masallı Kənd Seçki Dairəsində Ərkivan bələdiyyəsi üzrə 4 saylı məntəqədə seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar verib.
Asif
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!