Ermənipərəst konqresmenə 20-dən çox maddə üzrə cinayət işi açılıb
Bizi izləyin

Nida.az

Ermənipərəst konqresmenə 20-dən çox maddə üzrə cinayət işi açılıb

Ermənipərəst konqresmen Maykl Qrimə qarşı 20-dən çox maddə üzrə cinayət işi açılıb.


Trend-in məlumatına görə, M.Qrim ABŞ Konqresində erməni məsələləri üzrə işçi qrupunun həmsədrlərindən biri olub, erməni lobbi təşkilatlarının və onlara yaxın dairələrin dəstəyi ilə ölkəmizin maraqlarına qarşı fəaliyyətlərdə aktiv şəkildə iştirak edib. O həmçinin ABŞ administrasiyası tərəfindən Dağlıq Qarabağdakı separatçı qüvvələrə maliyyə yardımı ayrılması üçün fəal şəkildə çağırış edən qanunverici orqan mənsublarından biri olub.


Qeyd edək ki, 30 dekabr 2014-cü il tarixində ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü M.Qrim istefa verdiyinə dair açıqlama verib.


Xatırladaq ki, konqresmen M.Qrim ABŞ qanunverici orqanına seçilməmişdən öncə 2006-2010-cu illərdə biznes fəaliyyəti ilə məşğul olub. 28 aprel 2014-cü il tarixində Nyu Yorkdakı ABŞ federal qurumları tərəfindən M.Qrimə qarşı 20-dən çox maddə üzrə cinayət işi qaldırılıb. Konqresmenə qarşı qaldırılmış ittihamlar çərçivəsində vergidən yayınma üçün saxta sənədləşdirmənin aparılması, sığorta sənədlərinin qeyri-qanuni şəkildə dəyişdirilməsi, vaxtilə ona məxsus olmuş restoranda qeyri-leqal immiqrantların işlədilməsi, yalan ifadə vermək və digərləri yer alır. 23 dekabr 2014-cü il tarixində Bruklin məhkəməsi ittiham aktında əks olunan məsələlərdən biri - vergidən yayınma məsələsi ilə bağlı M.Qrimin günahkar olduğunu təsdiq edib. Məhz bundan sonra 2014-cü il seçkilərində 11-ci Nyu-York dairəsində qələbəsinə və yenidən Konqresə seçilməsinə baxmayaraq, M.Qrim istefa verməyə məcbur olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm