Evlər dağılır, onlar tikir: “Daha çox müharibə, daha çox sement” – Hədəf Xəzər bölgəsi
Bizi izləyin

Nida.az

Evlər dağılır, onlar tikir: “Daha çox müharibə, daha çox sement” – Hədəf Xəzər bölgəsi

İran dünyada üçüncü sement istehsalçısı olaraq müharibələrdə maraqlıdır. Bu ölkənin əsas hədəfləri sırasına Yaxın Şərq, eləcə də Xəzər hövzəsi daxildir.


Publika.az xəbər verir ki, ABŞ-ın “The Hill” nəşrində dərc olunan Vaşinqton İnstitutunun Yaxın Şərq üzrə eksperti Adam Heffezin müəllifi olduğu məqalədə evlərin, binaların dağıdıldığı müharibələrin İrana sərfəli olduğu qeyd olunur.


Müəllif İran sementinin 24 ölkəyə ixrac olunduğunu bildirib: “İraq sement ehtiyacının 63 faizini, Türkmənistan 7, Azərbaycan isə 4 faizini bu ölkədən idxal edir. Son dövrlər Pakistan istehsalçıları üçün İran sementi təhlükəyə çevrilib. Pakistan Sement İstehsalçılar Assosiasiyasının sədri Şeyx Aizaz Mənsur İranın bu sahədə müsbət saldosuna görə ABŞ sanksiyalarını əsas göstərir. Çünki İran öz sementini ucuz qiymətə verir. Bu isə Əfqanıstan və İraqda Pakistan sementini bazardan çıxarmaqla hədələyir. İran sementi qeyri-rəsmi kanallarla Bəluçistan və Pakistanın cənub-qərbinə çatır və yerli malı bazardan sıxışdırır”.


Müəllif İranın növbəti hədəfi kimi Xəzər hövzəsini göstərir: “Xüsusilə, dəniz yolu ilə sementin daşınması asan olacaq. Lakin bu hövzədə yerləşən ölkələr, misal üçün, Azərbaycan öz ehtiyacını təmin edir. İndiki məqamda ola bilsin lazımsız ola bilər. Gələcəkdə isə ucuz İran sementi bölgədə bazarları işğal edə bilər”.


Ən maraqlısı isə sement istehsalını artırmaq üçün bu ölkənin dağıdıcı müharibələrdə marağının olmasıdır: “Fərqi yoxdur, şiələrin çox yaşadığı Azərbaycan, yaxud digər ölkələr. Əsas olan sement üçün əlavə ehtiyacların yaranmasıdır. Müharibə evləri dağıdır, İran isə tikir. İran sement istehsalından həm də siyasi amil olaraq istifadə edir. Bu gün İran Yaxın Şərq və bütövlükdə qitədə nəzarətini möhkəmləndirir. İldə 70 milyon ton sement istehsal edən bu ölkə dünya üzrə üçüncü ən böyük istehsalçı olaraq ABŞ-a addımbaaddım yaxınlaşır. Tehran sement istehsalından siyasi dividentlər üçün də istifadə edir. Misal üçün, bu gün İraqda üsyançıları maliyyələşdirən İran müharibədən sonra bu ölkənin qurulmasına öz sementi ilə töhfə verir. İraqa göndərilən mesaj isə təxminən belədir: müharibə dağıdır, biz yenidən qururuq. İran Qəzza zolağına da öz sementi ilə yardım edir, onların tikinti ehtiyaclarını qarşılayır. 2014-cü ilin martında İsrail hərbi dəniz qüvvələrinin xüsusi təyinatlıları İran sementi ilə yüklü olan 100 konteyner saxladılar. Bu konteynerlərin 20-də döyüş sursatları, raketlər gizlədilmişdi. Suriya müharibəsi də İrana sərf edir. Müharibənin dağıtdığı ölkəni Əsədin istəyi ilə İran quracaq. Eyni zamanda, Suriya üzərində siyasi təsirini də artıracaq. Ardınca Suriya üzərindən Livanda siyasi təsirlərini möhkəmləndirməyə çalışacaq. Sement bu ölkə üçün iqtisadi və siyasi divident gətirir. Görünür, Qərbin sanksiyaları onu saxlamağı bacarmadı. Yaxın müddətdə o, öz təsir imkanlarını daha da genişləndirəcək və Xəzər bölgəsinə girməyə çalışacaq. Bu “hücumda” İrana öz sementi yardımçı olacaq”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm